Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan kəlağayısı UNESCO-nun siyahısında

Bu gün Azərbaycan Kəlağayısı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Simsar.az-a verilən məlumata görə, Kəlağayı faylı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb.

Nazirlikdən bildiriblər ki, komissiyanın bugünkü iclasında Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, Komitə üzvlərinə təşəkkür edib və UNESCO siyahısına daxil edilməsinin Kəlağayı sənətinin ölkəmizdə inkişafına kömək edəcəyini bildirib.

Qeyd edək ki, hazırda Kəlağayıdan başqa Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.






26 Noyabr, 2014  17:07 Baxılıb: 827 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner