Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Təcili yardım maşınları çağırış yerinə niyə gec gəlir?

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) həkim briqadasının çağırış yerinə gec gəlməsinin səbəblərini açıqlayıb.

Bu barədə "Report"a danışan stansiyanın baş həkimi Mürsəl Həmidov deyib ki, gün ərzində BŞTTTYS-ə müraciət edənlərin sayı kifayət qədər olsa da, briqadaların lazımi ünvana vaxtında çatmasında müəyyən problemlər yaranır.

Onun sözlərinə görə, mövcud problem nə rəhbərlikdən, nə də işçilərdən asılı deyil: "Əsas səbəblər gün ərzində şəhərin mərkəzi küçələrində müşahidə olunan tıxacların olması, sürücülərin "Təcili tibbi yardım" maşınlarına yol verməməsi, yeni binaların nömrələnməməsidir. Bəzən "Təcili tibbi yardım" maşınları keçid üçün yol istəyir, lakin digər avtomobillərin sürücüləri onlara yol vermirlər. "Təcili tibbi yardım" maşınları onlara yol vermədiyinə və ya yollardakı tıxacda qaldığına görə çağırış ünvanına vaxtında gedib çata və ya xəstəni xəstəxanaya vaxtında çatdıra bilmir. Bu isə çox vaxt ciddi problemlər törədir".

M.Həmidov vurğulayıb ki, BŞTTTYS-də yaradılan struktura görə həkim briqadası hər bir ünvana 15-20 dəqiqə ərzində çatmalıdır: "Elə yer də ola bilər ki, həmin əraziyə 5 dəqiqəyə çata bilərik. Mövcud problemləri aradan qaldırmaq üçün müxtəlif çıxış yollarından istifadə edirik. Yəni, çağırışların intensiv vaxtlarında, eləcə də ən pik vaxtlarda, yəni saat 16.00-dan gecə 00.00-a kimi çalışırıq ki, briqadalarımız olduqları ərazilərdən uzaqlaşmasınlar. Onların olduqları yeri mərkəzdən də görürük. Çünki hər bir maşına GPS quraşdırılıb".

"Təcili tibbi yardım"larda dərman çatışmazlığı ilə bağlı deyilənlərə toxunan baş həkim hesab edir ki, bu iddiaların əsası yoxdur.

"İlk növbədə bilmək lazımdır ki, bizim həkimlər xəstə müalicə etmir. İşçilərimiz sadəcə xətəyə ilkin tibbi yardım göstərir və zərurət yarandığı təqdirdə insanları xəstəxanaya aparırlar. Buna görə də həkim briqadamız ilkin təcili tibbi yardım üçün lazım olan bütün dərman vasitələri ilə tam təmin olunublar. Bununla yanaşı, hər bir maşında süni tənəffüs aparatı və digər zəruri avandanlıqlar var. Dərmanların kifayət qədər olması üçün gərək həmin maşının arxasınca ikinci maşın da getsin", - deyə, M.Həmidov əlavə edib.

Stansiyaya gün ərzində orta hesabla 1600-1700 çağırış olduğunu bildirən M.Həmidov deyib ki, qarlı havada, güclü külək olanda, xüsusilə də bayram və istirahət günlərində çağırışların sayı 2000-ə yüksəlir: "Ən çox müraciət olunan xəstəliklər arasında ürək-qan damar sisteminin pozulması, ağciyər xəstəlikləri, uşaqların temperaturunun yüksəlməsi, məişət travmaları üstünlük təşkil edir. Yol-nəqliyyat hadisələri nəticəsində tramva alanların sayı isə son 3-4 gündə daha da çoxalıb".






26 Noyabr, 2014  13:10 Baxılıb: 731 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner