Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nəqliyyatda kart sisteminin tam tətbiqinin tarixi bəlli oldu

Azərbaycanda ictimai nəqliyyatda vahid kart sisteminin tam tətbiqinə gələn ilin mart ayının 1-dən başlanılacaq.

“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

“Azərbaycanda ictimai nəqliyyatda vahid elektron ödəmə sisteminin tətbiqi üçün kifayət qədər işlər görülməlidir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər, daha dəqiq mart ayının 1-dən etibarən bu sistemə tam keçid baş tutacaq”, - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, sözügedən kartlar təkcə avtobuslarda deyil, həm də metropolitendə də istifadə olunacaq.

“Gələcəkdə vahid kartlardan bütün nəqliyyat vasitələrində istifadə olunacaq. Biz bank kartlarının da bu ödəmə sistemində istifadə olunmasını istəyirik”, - deyə M. Pənahov qeyd edib.

Nazir müavini vahid kart sisteminin tam tətbiqinin ictimai nəqliyyatda qiymət artımına səbəb olmayacaq: “Qiymət artımı ilə bağlı mütəmadi olaraq müzakirələr aparılır, təkliflər səsləndirilir, lakin hal-hazırda gündəlikdə belə bir məsələ yoxdur”.






26 Noyabr, 2014  12:56 Baxılıb: 628 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner