Qarabağ Azadlıq Təşkilatının üzv və tərəfdarlarının aksiya keçirmək cəhdi polia qüvvələri tərəfindən əngəllənib.
Bu barədə musavat.com-a "Yeni Müsavat" qəzetinin reportyoru Cavanşir Abbaslı məlumat verib.
Onun sözlərinə görə, QAT-ın üzv və tərəfdarlarının ermənilər tərəfindən girov götürülmüş kəlbəcərli Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə keçirdiyi aksiyaya girovların yaxınları da qatılıb.
Aksiya iştirakçıları Şəhidlər Xiyabanından başlayaraq BMT-nin Bakı ofisinin qarşısına doğru yürüş etmək istərkən polis qüvvələri onların qarşısını alıblar. Toqquşma baş verib.