Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

3 milyon suriyalı Türkiyəyə qaçır - Hələb Bəşərin əlində

Suriyada hökumət qüvvələri mühasirəyə salmağa çalışdığı Hələb ilə Türkiyə arasındakı 4 kilometrlik koridoru ələ keçirib.

Simsar.az xarici mediaya istinadən xəbər verir ki, bu Hələbin B. Əsəd qüvvələri tərəfindən ələ keçirilməsi deməkdir.

Artıq Azad Suriya Ordusu (ASO) silahlıları da şəhəri tərk ediblər.

ASO-nun ən yüksək rütbəli komandiri Camal Maruf bildirib ki, şəhərdə qalan az saylı digər müxalifət gücləri də şəhərdən çıxdıqdan sonra, Hələb rəsmi olaraq hökumətin nəzarətinə keçəcək: “Hələbin mühasirəyə düşməsiylə müxalifətin əlində Suriyanın heç bir böyük şəhər mərkəzi qalmadı və rejim “İŞİD”in əlindəki Rakka və Dey Ez-Zor şəhərlərindən başqa Suriyadakı bütün şəhərlərdə nəzarəti ələ keçirmiş oldu”.

Hava hücumları işə nəticə vermir

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə Suriya hakimiyyətinin əsas hədəfinin Hələbi mühasirəyə alaraq burdakı müxalifəti beynəlxalq yardımlardan təcrid etmək və Əsəd əleyhidarlarının Türkiyə ilə əlaqəsini kəsmək olduğunu deyib: “Hələbin Əsədin əlinə keçməsi Türkiyəyə 3 milyonluq qaçqın ordusunun gəlməsi deməkdir. Suriya müxalifətinə tam dəstək verilmədikcə, radikal qruplar diqqət mərkəzində olmağa, Şam rejimi isə bundan istifadə etməyə davam edəcək. “İŞİD” təhlükəsinin  ortadan qaldırılması üçün hava hücumları heç bir işə yaramayacağı da göz qabağındadır”.

Qeyd edək ki, mühasirəyə aldıqları şəhərlərə dərman və qida girişinə icazə verməyən hökumət qüvvələri, bu şəkildə şəhəri təslim olmağa məcbur etmə strategiyasını başqa şəhərlərdə, məsələn Hamusda da həyata keçirmişdilər.

Vüsal Qarayev







26 Noyabr, 2014  12:02 Baxılıb: 821 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner