Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Pulitzer mükafatlı “Vyetnam”

“Bu günə qədər heç bir savaş Vyetnam müharibəsi kimi fotoya alınmadı və bundan sonra heç bir müharibə də şəkillərin yaddaşında qalmayacaq”.

Bu sözləri Vyetnam müharibəsinin dəhşətlərini, yanan rahibləri, həlak olan əsgərləri, çarəsiz insanları əks etdirən fotoların müəllifi Eddi Adams deyib.

“Bir fotonun tarixçəsi” layihəsində bu dəfə sizə 1968-ci ilin Vyetnam müharibəsindən və Eddi Adamsın (Eddie Adams) müəllifi olduğu Pulitzer mükafatlı “Vyetnam”dan bəhs edəcəm.

Vyetnamda həmin dövrləri əks etdirən çoxlu kadrlar çəkilib. Ancaq həmin fotolardan biri Vyetnam deyəndə ağla ilk gələn fotodandır.

Vyet Konq (Vyetnam Xalq Ordusu) tərəfindən Cənubi Vyetnam ordusuna və ABŞ əsgərlərinə başladılan və Tet Offensive kimi tanınan hücumun ikinci günündə ( 1 fevral 1968-ci il) cənubi vyetnamlı general Nquyen Nqoc Loan Vyetnam Xalq Ordusunun komandiri Nquyen Van Lemi tapancası ilə hədəf alır. Bu vaxtı fotoqraf Adams da orda idi. O, düşünürdü ki, bu adi sorğulama olacaq və həmin anın fotosunu çəkmək qərarına gəlir. Lakin general Loan Lemə heç bir sual vermədən onu başından güllələyir. Eddi Adams bu zaman bir neçə foto çəkir. Beləcə o, güllənin qurbanın başına girmə anının kadrını da tutmuş olur. Eddi Adamsın fotoçəkilişləri ilə yanaşı NBC telekanalının kameraları da həmin anı lentə almışdı. Hadisədən sonra Loan Eddiyə yaxınlaşaraq laqeydcəsinə demişdi: “Onlar mənim çoxlu adamımı öldürdülər, həmçinin sizin də”.

Nquyen Van Lem kim idi?

O, Vyet Konq ordusunun komandiri idi. Cənubi Vyetnam və ABŞ ordusuna qarşı mübarizənin lideri idi. Onun dəstəsi Cənubi Vyetnam ordusunun generalı Nquyen Nqoc Loana qarşı sui-qəsd hazırlamışdı. Lakin bu sui-qəsd baş tutmadı. Nəticədə onun ailəsi və özü vəhşicəsinə güllələndilər.

Eddi Adamsın Vyetnamda çəkdiyi və Van Lemin güllələnmə anını təsvir edən foto “Nyu-York Times”də çap olundu. Foto sürətlə bütün dünyaya yayıldı və insanlara müharibənin nə qədər çirkin bir şey olduğunu nəzərəçarpacaq şəkildə nümayiş etdirdi.

Eddinin bu fotosu sayəsində başda ABŞ olmaqla dünyanın müxtəlif yerlərində Vyetnam müharibəsinin bitməsi üçün aksiyalar başladı. Bunun nəticəsində də arxasında dəhşətlər, ağrı-acılar, acınacaqlı insan taleləri buraxan Vyetnam müharibəsi sona çatdı. Vyet Konq müharibədə qələbə qazandı, azad Vyetnam Respublikası yarandı. Eddi Adams isə Vyetnam müharibəsinin taleyini həll edən fotosuna görə 1969-cu ildə “Pulitzer” mükafatı qazandı.

Nuranə Novruz

 

 

 






26 Noyabr, 2014  11:17 Baxılıb: 2159 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner