Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əlillərə protez-ortopedik bərpa xidməti göstəriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti cari il dekabrın 3-5-də daha 6 rayonda (Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Zərdab) davam etdiriləcək.

ƏƏSMN-nin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada dekabrın 3-də Şirvan və Hacıqabul, dekabrın 4-də Sabirabad və Saatlı, dekabrın 5-də isə İmişli və Zərdab rayonlarının əlilliyi olan sakinlərinə səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirəcək. Qeyd olunan rayonlar üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopedik bərpa xidmətinə ehtiyacı olan şəxslər artıq qeydiyyata alınıb. Üç gün ərzində həmin şəxslər ehtiyaclarına uyğun olaraq, yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin ediləcəklər.

Ötən ilin sonlarında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən, nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqada ötən müddətdə ölkənin müxtəlif rayonları üzrə 800 nəfərdən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərib.

Aysel Kərimova







26 Noyabr, 2014  10:45 Baxılıb: 674 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner