Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Deputat Ermənistanın təxribatlarından danışdı

Milli Məclisin deputatı Qənirə Paşayeva Adana bələdiyyəsinin sədri Hüseyn Sözlü ilə Ermənistanın təxribatlarından danışıb.

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva  Adana  Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlü ilə görüşdə Azərbaycan ilə  Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər  və  bələdiyyələr olduğunu bildirərək, Adana bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib. Hüseyn Sözlünün hələ Ceyhan bələdiyyəsinə rəhbərlik etdiyi zamanlardan bəri hər zaman Azərbaycana böyük sevgi və Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna xüsusi duyarlılıqla yanaşdığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva Adana Büyükşehir bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi ilə bağlı  da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Adananın mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına inandığını deyib və bu istiqamətdə xahişini bir daha təkrarlayaraq  Adana  bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı Türkiyə qədər sevdiyini deyən Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlü Türkiyənin  və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Adana bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman  bizim də problemimiz və ağrımızdır deyən Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlü hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva  yaxın günlərdə oxucuların ixtiyarına veriləcək “Qənirə Paşayeva ilə addım-addım  Türk dünyası” seriyasından  növbəti kitabında Adana ilə bağlı  geniş yazının da öz əksini tapacağını və Azərbaycanlı oxuculara Adana ilə bağlı daha geniş bilgilər veriləcəyini deyib. Millət vəkili Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlünü və xanımını   Azərbaycanda yenidən görməkdən məmnun olacaqlarını bildirərək onu  dəvət edib.  Dəvəti məmnuniyyətlə  qəbul edən Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlü Azərbaycana məmuniyyətlə səfər etmək istədiyini və hər səfərində özünü Vətəndəki kimi hiss etdiyini deyib .

Simsar.az







26 Noyabr, 2014  09:44 Baxılıb: 858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner