Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hansı əməlimizlə sonun yaxınlaşmasına xidmət edirik? - ƏLAMƏTLƏR

Dünyada baş verən paranormal hadisələrin sayı günbəgün artır. Şimal buzlu okeanın əriməsi, sunamilər, yanğınlar, ikibaşlı uşaqların doğulması…

Təbiətdə baş verən bu  dəyişgənliyi doğuran səbəblər  haqda - xüsusilə insanların səhlənkarlığı və biganəliyindən dolayı baş verənlər haqda mütəxəssislər artıq çoxdandır ki,  həyəcan təbili çalırlar.

Cəmiyyətdə baş verən intiharlar, qətllər, qəzalar da bu qəbildən hesab edilir.

Din xadimləri isə istər təbiətdə, istərsə də cəmiyyətdə baş verənləri Yaradanın öz bəndələrinə xəbərdarlığı kimi şərh edirlər. Dünyanın sonunu yaxınlaşdıracaq əməllər haqqında müqəddəs kitabımızda Tanrının verdiyi işarələri din xadimləri aşağıdakı şəkildə qpuplaşdırıblar.

Sonun yaxınlaşdığını bildirən əlamətlər:

1. İmanı qəlbdə tutmaq, əldə yanar atəşi tutmaq qədər çətin olacaq

2. İnsanlar gecə mömin olaraq yatacaq, sabah kafir olaraq qalxacaq və ya əksinə

3. Faizə alış-veriş, rüşvətə hədiyyə deyiləcək. Sələmçilik çoxalacaq, halal-haram unudulacaq-təki pul gəlsin, hardan gəlir-gəlsin.

4. İnsanların faiz yeməyəni qalmayacaq, özü yeməsə də, ən azı, tozu onları tutacaq.

5. Qazanc bəlli bir insanlar arasında dolaşacaq. Fəqirlər yoxsulluğa, aclığa və sıxıntıya düşəcəklər.

6. Fasiqlər başa keçəcək və danışığın bilməyən xalqa yol göstərəcək.

7. Qəbirlər süslənəcək, bəzənəcək. Qurani-kərim qazanc gətirən mənbəyə döndəriləcək.

8. Fitnə hər evə girəcək, təcrübəsiz gənclər başa keçəcək.

9. Üç şey ən qiymətli olacaq- halal para, özü-özü ilə əməl edilən sünnət və candan bir dost.

10. Əcnəbilər çoxalacaq və müsəlmanlara qələbə edəcəklər.

11. Sonradan gələn nəsillər öncə gələnləri söyəcəklər.

12. Hiyləsiz iş görülə bilməyəcək. Tacirlər və yazarlar artacaq, qələm bollaşacaq

13. Böyükləri mərhəmətsiz, kiçikləri hörmətsiz olacaq.

14  Uşaqları tərbiyə etmək köpəkləri tərbiyədən daha çətin olacaq.

15. İçkini dövlətlər təşviq edəcək və  o, müxtəlif adlar altında içiləcək.

16. İnsanlar paltarını qoruduğu qədər dinini qoruya bilməyəcək və fəqirlərlə namaz qılmayacaq.

17. Qohumluq bağları qopacaq, “salam”  ancaq tanıdığına veriləcək .

18. Həcc zənginlər üçün ticarət, hafizlər üçün riya və göstəriş yeri olacaq.

19. Kişilər qadınlara, qadınlar da kişilərə bənzəyəcək.

20. İnsanlar pisliklərdən, pis əməllərdən bir-birini çəkindirməyəcəklər və bir-birlərini yaxşılığa dəvət etməyəcəklər.

21. Alimlər pul və dünyalıq əvəzində elm öyrədəcək, axirət əməliylə dünyanı tələb edəcəklər.

22. Minarələr çoxalacaq, camılər süstləşib zinətlənəcək, içindən yüksək səslər gələcək.

23. Ərəb ərazisi çöllərə, çaylara və yaşıllıqlara qovuşacaq.

24. Ulduzlar, fal aydınlanacaq, talelər yalanlanacaq.

25. Allahu-Təala açıq-aşkar inkar ediləcək.

26.  Bir müsəlman qoyundan daha aciz olacaq, xor və həqir görünəcək.

27. Zaman qısalacaq-bir il bir ay kimi, bir həftə bir gün kimi keçəcək. Bir günün keçməsi isə bir yarpaqın  yanması qədər tezləşəcək.

28. Xainlərə əmin (etibarlı), əminlərə isə xain deyiləcək. Bə “burda əmin bir insan vardır” deyiləcək qədər belə insanların sayı azalacaq.

29. İnsan şərlikdən qorxutduğu işlə özü ittiham olunacaq.

30. Görünüşdə dost, əslində düşmən olan insanların sayı artacaq.

31. Sözlər hamısı yalan və bir-birinə müxalif olacaq. Amir və məmur çox, doğru iş görən az olacaq.

32. Xeyirlər və yaxşılıqlar azalacaq, zəlzələ və daşqınlar artacaq.

33. Zənginlərə etibar ediləcək, cılızlıq artacaq, zəkat ağır bir borc kimi qəbul olunacaq.

34. Dindən ayrı məqsədlərlə istifadə ediləcək.

35. Möhnət, bəla, müsibət artacaq.

36. Rahatlıq və hüzür qalmayacaq.

37. Böyük və hündür binalar tikiləcək və bu səbəbdən yollar daralacaq.

38. Yırtıcı heyvanların dərilərindən geyim əşyaları hazırlanacaq.

39. Səhər geyilən başqa, axşam geyilən başqa olacaq, süfrəyə yeməyin biri gəlib, biri gedəcək. Kəbənin örtüldüyü kimi divarlar xalılarla örtüləcək.

40. Elm azalacaq, cəhalət, anarxiya və cinayətlər artacaq.

41. Adam öldürmək elementar hal sayılacaq.

42. Alicənablıq, izzəti-ikram və comərdlik duyğuları itəcək və haqlar para qarşılığında satılacaq.

43. Kişilər kişilərlə, qadınlar qadınlarla münasibətdə olacaq.

44. Hər tərəfdə oxuyan və çalan qadınlar görünəcəklər.

45. Dedi-qodu yayğın hal alacaq.

46. Hər kəs qazana və dolana bilmədiyindən şikayətçi olacaq.

47. Yalançı şahidlik və boşanmalar artacaq, ani ölümlər sıx görünəcək.

48. Kim özünü nəfsinin istək və vərdişlərindən qorusa, artıq o, qurtulmuş deməkdir.

Müqəddəs kitabımızda bu fikir dönə-dönə təkrarlanır: “…sizə ağıl verdim ki, düşünəsiniz”.

Bəlkə bilərəkdən, ya bilməyərəkdən hansı əməlimizlə sonun yaxınlaşmasına xidmət etdiyimizin fərqinə varaq və bu barədə düşünək?

İsmət Ələkbərqızı







26 Noyabr, 2014  09:29 Baxılıb: 788 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner