Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Niyə Azərbaycandan istənilən ABŞ-dan istənilmir?

ABŞ və Azərbaycanın qanunları nə ilə fərqlənir? Mahiyyətcə heç nə ilə. Hər iki ölkədə istənilən qanunazidd hərəkət qanunla cəzalandırılmalıdır. Lakin burada "malı" şəkilçisində bir uyğunsuzluq var.

ABŞ və Avropanın fikrincə, bu ölkələrdəki "malı" köklü şəkildə Azərbaycandan fərqlənir.

ABŞ-ın Ferqyuson şəhərində baş vermiş kütləvi iğtişaşlar bunun bariz nümunəsidir. Polislər iğtişaşlar zamanı 80-dən artıq etirazçını həbs ediblər. Onlar qarətdə, yanğın törətməkdə və qanunsuz kütləvi aksiyalarda ittiham olunurlar.

"Reuters" və "Associated Press"in yazdığına görə, nümayişçilər onlarla binanı və bir neçə polis avtomobilini yandırıblar. Bir çox mağaza və restoranlarda vitrinlər dağıdılıb. Məlumata görə, şəhərdə soyğunçuluq halları baş verir. Ferqyuson şəhərinə Milli Qvardiyanın əlavə qüvvələri yeridilib və fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Baş verənlərin təfərrüatına varmayacağıq. Axı istənilən ölkədə iğtişaşlar "qanunazidd hərəkətlər"dən başqa cür adlandırıla bilməz. Maraqlı olan başqa şeydir.

Azərbaycanda əlaltılardan ibarət qəzəbli kütlə belə hərəkətlər edərkən və polis onlara qarşı qanunvericiliklə nəzərdə tutulmuş adekvat addımlar atarkən Qərb neqativinin bütün ağırlığı ölkəyə qarşı yönəlir.

Belə çıxır ki, Qərb siyasətçiləri bütün baş verənlərə barmaqarası baxmağı, olanlara müdaxilə etməməyi, soyğunçuları, yanğın törədənləri, qanunsuz aksiya iştirakçılarını saxlamamağı təklif edirlər.






25 Noyabr, 2014  20:23 Baxılıb: 678 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner