Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Məscidü minbər deyil...” - Şeiriyyət yolçusu Hacı Şahin Həsənli – MİSRALARI

Əldə etdiyimiz məlumata görə, Hacı Şahin Həsənlinin ictimai və dini fəaliyyəti ilə yanaşı həm də ədəbiyyata müraciət etməsi məlum olub.

Simsar.az-ın məlumatına görə, teoloq-alimin ilahi misralarla zəngin, şərhə ehtiyacı olan dərin mənalı şeirlər də yazırmış.

 

Həmin misralardan bəzilərini sizə təqdim edirik:

Əl-həzər ol dəmidən bərpa ola divani-eşq

Bəzmi-eyş içrə qura məstanələr mizani-eşq.

 

Məst olan biçarədən aldım sorağın, söylədi,

Məscidü-minbər deyil, meyxanədir ünvani-eşq.

 

Badeyi-eşqi nuş eyləyən edər canın fəda,

Qətli-nəfsidir əzəldən zahida fərmani-eşq.

 

Qafilin təlx olsa ömrü həqqə üsyan eyləyər,

Başu-canından keçər ah eyləməz qurbani-eşq.

 

Eşqi izhar eyləmək biganəyə eyb olsa da,

Məşuqa etsəm nə eybi, ey könül, elani-eşq.

 

Eşq dərdindən usandım, dərdə dərman istədim,

Söylədi dərdü-ələmdir dilbərim, dərmani-eşq.

 

Ayrılıq dəmində gərçi munisi-qəm olmusan,

Vəsli-canan ilə bitməz, sanma ki, hicrani-eşq.

 

***

 

Çıxar əğyari-mülkündən ki, ərşi-laməkan olsun,

Cəmalın seyr edib yarın, könül qərqi-fəğan olsun.

 

O qədri atəşi-qəmdə könül yansın, olub bitab

Ki, əfqan etməyə zəfi-halından natəvan olsun.

 

Rəvadırmı, dili-zarım, pərişan halını görcək

Fəhm qılsın yetən qafil, cahan içrə bəyan olsun.

 

Qəmin izhar qılma aşinayə, çün dəva qılmaz,

Nə hacət, binəva könlüm,bu sirr xəlqə əyan olsun.

 

Əgər tab etməsə qəlbim cəzə etsə qəm ahindən,

Görüm viran olub yurdu, onu bixaniman olsun.






25 Noyabr, 2014  17:42 Baxılıb: 1697 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner