Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Qeydə alınan namizədlərin 25 faizi qadınlardır" - Məzahir Pənahov

Simsar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasınln sədri Məzahir Pənahov bu gün keçirdiyi iclasda məlumat verib.

O bildirib ki, dekbrın 23-nə təyin edilmiş bələdiyə seçkiləri ilə bağlı əsas mərhələrdən birini-namizədlərin qeydə alınması prosesini başa vurmaq üzrədir: "Namizədlərin qeydiyyatı üçün imza vərəqələrinin qaytarılma müddəti artıq noyabrın 22-də saat 6-da başa çatıb. Ayın 29-da saat 6-ya kimi bütün dairələr üzrə təqdim edilmiş sənədlərə baxılacaq və dairə seçki komissiyaları qərarlarını verməlidirlər".

M.Pənahovun sözlərinə görə, 118 dairə üzrə mövcud olan 1607 bələdiyyəyə 15035 bələdiyyə üzvlüyü yerinə müraciət edən 37917 şəxsə imza vərəqəsi verilib: "Bunlardan 37564 nəfəri qanunvericilikdə nəzdə tutulmuş müddətə qədər (22 noyabr) imza vərəqələrini qaytarıblar. Bu günə kimi 36829 nəfər qeydiyyata alınan namizəd var. Namizədlərin 59 nəfər isə qeydiyyatdan imtina ediblər. Beləliklə qeydiyyatda qalanların sayı 36770 nəfər təşkil edir".

MSK sədri bildirib ki, 8 siyasi partiya namizəd irəli sürüb: "Ümumiyyətlə şəxsi təşəbbüsü ilə namizədliyini irəli sürən şəxslər partiya mənsubluğunu göstərmək hüququna malikdir. Belə olan halda 30 siyasi partiyanın nümayəndələri üzvlər arasında yer alıblar. Namizədlərin 75 faizə yaxını kişi, 25 faizə yaxını isə qadındır. Ötən bələdiyyə seçkilərində qadınların sayı 26 faiz idi. Qarşıda qalan vaxt ərzindən qadınların fəallığı üçün səy göstərməliyik".

Hüseyn İbadlı






25 Noyabr, 2014  17:15 Baxılıb: 686 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner