Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Çoxarvadlılıq - Qanunlar və Reallıqlar

Azərbaycanda qanunda olmayan, əslində bəzilərinin həyat tərzinə çevrilən reallıqlar az deyil. Elə götürək, çoxarvadlılıq məsələsini. Rəsmi açıqlanması mümkün olmayan bu məsələ cəmiyyətimizdə baş verən hadisələrdən biridir. Sirr deyil ki, cəmiyyətimizdə 1-dən artıq ailəsi olan kişilər az deyil. Lakin qanunlarımız kişiyə bunu rəsmiləşdirməyə icazə vermir. Yəni bir kişi 2 qadınla rəsmi nigahda ola bilməz. Elə buradan da bəzi problemlər başlayır. Cəmiyyətdə də bu məsələyə ikili yanaşma var.

“Ayrıseçkilik etmədən övladlarıma atalıq edirəm”

Üç həyat yoldaşı olan Səyyad (ad şərtidir) adlı həmsöhbətimiz deyir ki, kənarda gizli ailə saxlamaqdansa, bu məsələ qanuniləşdirilsə daha yaxşı olar: “Onsuz da bu gün Azərbaycanda çoxlu iki arvadı olan kişilər var. Qanunlar icazə vermir, ona görə də bu işi qeyriqanuni, gizli edirlər. Mənim 3 ailəm var və həyat  yoldaşlarımın üçü də bundan xəbrdardır. Hər üçünün də maddi və mənəvi baxımdan yanındayam. Heçbir ayrıseçkilik etmədən övladlarıma atalıq edirəm, buna maddi imkanım var”.

Səyyad bildirir ki, məsələnin pis tərəfi nigahın qeyri-rəsmi olmasının övladlar üçün gələcəkdə problem yarada bilməsidir: “Sabah uşaq böyüyəndə bu onun psixologiyasına pis təsir edir. Düşünür ki, mən qeyri-rəsmi övladam, nigah olmadan dünyaya gəlmişəm. Yaxudda, anam başqasıyla nigahsız yaşayıb. Bu heç kimə xoş gəlməz. Ona görə də bir halda ki, kişi də, qadın da buna razıdır, qanunlar da icazə verməlidir. Bu ki cinayət deyil, əxlaqsızlıq deyil. Mən ki ailəmdən gizli iş görmürəm”.

“Əxlaqsızlıq etmirəm”

Kəmalə Muradova (ad şərtidir) isə ərinin ikinci arvadıdır və bunu öz razılığı ilə edib. Onun sözlərinə görə, ərinin birinci, rəsmi nigahda olan arvadı da durumdan xəbərdardır: “İkimizin də bundan xəbəri var. Ərim ikimizə də baxır, bir-birimizdən ayırmır. Övladlarmıza atalıq edir. Əsas odu hər iki tərəf razı olsun. Mənim övladım sabah niyə özün “bic” hesab eləməlidir. Mən ki, pozğunluq eləmirəm”.

Bu mövqedə olan müsahiblərin sayını artırmaq olar. Doğurdan da maraqlıdır, Azərbaycan qanunlarında eynicinslilərin evlənməsini qadağan edən xüsusi maddə yoxdur. Amma bir insanın iki rəsmi nigahnın olmasına icazə verilmir. Dünyada eynicinslilərin evlənməsi svilizasiya, azad seçim hesab edilir, çoxnigahlılıq isə geridəqalmışlıq, qeyri etik... Deyəsən burada məntiq qərb hökmranlığıdır. Əgər söhbət insanın seçim azadlığından gedirsə, bir insanın iki dəfə nigaha girməsi də azad olmalıdır.

Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin üzvü, vəkil İradə Cavadova bildirir ki, qanunların çoxarvadlılığa icazə verməsi qeyri mümkündür: “Bu absurddur. Ümumiyyətlə məsələnin Milli Məclisə təklif olunması da absurddur. Belə çıxır kişi neçə dəfə ürəyi istəyir, o qədər də arvad ala bilər? Bu mümkün deyil. Azərbaycanda bu məsələylə bağlı mövcud qanunlar kifayət qədər qənayətbəxşdir”.

Qeyri-rəsmi nigahda yaşayan qadınların hüquqlarına gəlincə isə vəkil qeyd edir ki, onların ərləri üzərində heçbir hüquqi iddiaları ola bilməz: “Boşanma halları baş verərsə rəsmi nigah bir çox imtiyazlar verir. Rəsmi nigah olmayan qadın isə hüququnu bərpa edə bilməz. Kəbinin də heç bir hüquqi çəkisi yoxdur. Onlar hətta birlikdə yaşadıqları dövrdə belə əldə etdikləri əmlak üzərində iddiaçı ola bilməzlər. Yalnız uşaq varsa, o bütün övladlıq imtiyazlarından istifadə edə bilər”.

Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, dünyəvi dövlət olan Azərbaycanda bir nigahlılıq prinsipinin qəbul edilməsi məqəsədəuyğundur: “Qeyri-rəsmi ailələrin qarşısının alınması üçün tədbirlər görülməlidir. İcazə verilmirsə, qarşısı da alınmalıdır. Azərbaycanda onsuz da öz ailəsinin məsuliyyətini daşımayan kişi və qadınlar çoxdur. O qədər kişi var ki, öz ailəsini saxlaya bilmir, amma gedib kənarda başqası ilə yaşayır. Buna imkan verilsə Azərbaycanda ailə modeli zərər görə bilər. Onsuz da Azərbaycanda ailə inistutu normal fəaliyyət göstərmir. Boşanmaq imkanı var, istənilən adam boşanıb ikinci ailə həyatı qura bilər”.

P.S. Hətəmxan ağa deyirdi ki, “Bizdə çox arvadlılıq adətdir, Onlarda isə çox ərlilik”. Məsələyə Mirzə Fətəli Axundovun bu ironiyası ilə yanaşsaq görmək olar ki, çoxarvadlılıq, çox nigahlılıq bizim milli mentalitetimizdə olub. Bu gün ki, milli mentalitetdən ağız dolusu danışırıq. Hə, eynicinslilərin evlənməsi isə mentalitetimizin yaxınlığından belə keçməyib, amma restoranlarmızda eynicinslərin vurçartlasın toyları keçirilir.

Qısası, reallıqlara ikili yanaşma hələ də qalır və bu da mənfi tendensiyalara yol açır.

Vüsal Qarayev







25 Noyabr, 2014  15:23 Baxılıb: 3196 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner