Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Böyük oyun”un cəzaları açıqlandı

AFFA-nın bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının 13-cü turunda baş verən hadisələrlə bağlı da müvafiq qərarlar açıqlanıb.

Simsar.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran”  – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 16-cı dəqiqəsində “Neftçi” klubunun 1 nömrəli futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

Oyunun 45+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 7 nömrəli futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. Oyunun 74-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 22 nömrəli futbolçusu Əfran İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  futbolçu  2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidın cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

Oyun 50-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir edib. Bu səbəbdən də adıçəkilən futbolçu  6 oyunluq cəzalanıb, klub 5200 manat cərimə olunub.

Oyunun 90+4-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən  meydançaya kənar əşya atılmasına görə klub 2000 manat cərimələnib.

 






25 Noyabr, 2014  15:03 Baxılıb: 793 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner