Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda bloggerlik kursları keçirilir

Bu gün Yeni Azərbaycan Partiyası(YAP) Yasamal rayon təşkilatının ofisində Aztelekom İB və YAP Yasamal Rayon Təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanda internetin bu günü və sabahı" layihəsi çərçivəsində bloggerlik kursları fəaliyyətə başlayıb. Kursun açılış mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon Gənclər Birliynin sədri Bəxtiyar Nəbiyev informasiya cəmiyyətinin qurulmasında internetin, əlxəsus bloqların rolunun vacib olduğunu bildirərək kursa uğurlar arzulayıb. Qloballaşan dünyada ölkəmizin önəminin günü gündən artdığını nəzərə çatdıran natiq gənclərin bu inkişafdaki rolunun olduqca böyük olduğunu qeyd edib.

Daha sonra YAP Gənclər Birliyinin Ofis rəhbəri Əli Pənahov da çıxış edərək bu gün Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının inkişafına dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirib. Bu cür layihələrin olduqca önəmli olduğunu deyən ofis rəhbəri layihənin işinə uğurlar arzulayıb.

Layihənin meneceri, “Aztelekom” İB – nin Strateji araşdırmalar şöbəsinin rəisi Mədinə Əliyeva bu günkü Azərbaycan gənclərinin milli internet xidmət növlərinin yaradılmasında yaxından iştirakının vacib olduğunu deyib. Natiq bildirib ki, hazırda ölkəmizdəki gənclərə internetdən səmərəli istifadə etməklə intellektual cəmiyyətin yaranmasına nail olacağımızı anlatmaq istəyirik: “Bunun üçün hər bir gənc maarifləndirilməli, onları elm, təhsil, müasir informasiya telekommunikasiya texnologiyaları ilə bağlı saytlardan, elektron kitabxanalardan və digər faydalı resurslardan istifadə etməyə həvəsləndirmək lazımdır”.

Daha sonra “Yeni Azərbaycan” qəzetinin əməkdaşı, yazıçı – publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, peşəkar blogger Oktay Hacımusalının təqdimatında bloqqerlik kursu öz işinə başlayıb.






24 Noyabr, 2014  23:24 Baxılıb: 759 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner