Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“…Ailəmlə birgə Bakıda yaşayacam” – Prosineçki

Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki bu gün Premyer Liqanın 13-cü turunun “Xəzər-Lənkəran” - “Neftçi” görüşünü izləyib.

Simsar.az-ın sportpress.az saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisində işləmək perspektivindən danışan xorvat mütəxəssis bir neçə gün Bakıda olacağını deyib.

“AFFA tərəfindən irəli sürülən şərtlər maraqlıdır. Onlarla tanışam. Bu gün çox maraqlı oyun izlədim. Hər iki komanda yaxşı təsir bağışladı. Əlbəttə, hər bir matçda dörd qırmızı vərəqə olmur. Nadir hallarda bir oyunda dörd futbolçu meydandan qovulur. Azərbaycan millisiylə bağlı konkret nəsə söyləyə bilmərəm. Həftəsonuna qədər çox şeyə aydınlıq gəlməlidi. Ona görə gəlin tələsməyək. Şərtlərlə tanışam. Razılaşsaq, ailəmlə birgə Bakıda yaşayacam”.

O, daha sonar deyib: “Avro-2016”nın Xorvatiya - Azərbaycan görüşünü izləmişəm. Həmin oyunda Xorvatiya 6:0 hesablı qələbə qazanıb. Bununla belə, Azərbaycan millisinin potensialı var. Hesab o demək deyil ki, komandanız inkişaf edə bilməz. Potensial var, sadəcə işləmək lazımdır. Unutmayaq ki, Xorvatiya çox güclü komandadır. Ona görə hesab böyük olub”.






24 Noyabr, 2014  20:20 Baxılıb: 759 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner