Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Böyük oyun"da 4 qol, 4 qırmızı

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Simsar.az-ın məlumatına görə, son oyun günündədaha iki qarşılaşma keçirilib.

Turun mərkəzi qarşılaşması “Dalğa Arena”da baş tutub. Burada “Xəzər Lənkəran” prinsipial rəqibi “Neftçi”ni qəbul edib. Gərgin keçən görüşdə qapılara 4 qol vurulub. Eyni zamanda 4 qırmızı vərəqənin olduğu matçda qalib müəyyənləməyib - 2:2.

Digər oyunda isə “Bakı” “Sumqayıt”ın qonağı olub. Sumqayıt şəhər stadionunda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1.

Qeyd edək ki, turnir cədvəlinə 24 xalla “Qarabağ” başçılıq edir.

24 noyabr

Azərbaycan Premyer Liqası, 13-cü tur

17:00. “Xəzər Lənkəran” – “Neftçi” - 2:2
Qollar:
Qalin İvanov, 8 (1:0), Ruslan Qurbanov, 10 (1:1), Əfran İsmayılov, 35 (2:1)
Qırmızı vərəqə: Emil Balayev, 15 ("Neftçi"), Sadio Tounkara, 45 ("Xəzər Lənkəran"), Elnur Allahverdiyev, 49 ("Neftçi"), Əfran İsmayılov, 74 ("Xəzər Lənkəran") 
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Əliyar Ağayev 
Bakı. “Dalğa Arena”.

17:00. “Sumqayıt” – “Bakı” - 1:1
Qollar:
Nurlan Novruzov, 1 (0:1), Kiyan Sultanpur, 84 (1:1) 
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, Orxan Məmmədov
Sumqayıt şəhər stadionu.

23 noyabr


“Qəbələ” – “Simurq” - 2:3
Qollar:
Marko Stanoyeviç, 7 (0:1), Ekiqo Ehiosun, 40 (1:1), Draqan Çeran, 80 (1:2), 83 (1:3), Bəxtiyar Soltanov, 90+2 (2:3)
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Rza Məmmədov, Mahir Məmmədov
Qəbələ şəhər stadionu.

“Qarabağ” – AZAL - 2:1 
Qollar:
İlqar Qurbanov, 19 (1:0), Eltun Yaqublu, 56-avtoqol (2:0), Rəşad Abdullayev, 61-pen. (2:1)
Qırmızı vərəqə: Ruslan Məcidov, 21 (AZAL) - topa cərimə meydançasından kənarda əllə toxunduğuna görə
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov  
Tofiq Bəhramov adına Respublika stadionu.

Turnir cədvəli

N Klublar O Q H M T-F X
1 Qarabağ 11 7 3 1 20-11 24
2 Neftçi 11 6 3 2 15-8 21
3 İnter 11 4 6 1 20-4 18
4 Simurq 12 5 2 5 16-14 17
5 Xəzər Lənkəran 12 4 3 5 16-16 15
6 Qəbələ 11 3 4 4 15-18 13
7 Sumqayıt 11 3 2 6 12-17 11
8 AZAL 11 2 4 5 11-20 10
9 Bakı 12 2 3 7 10-27 9
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0


Bombardirlər:

Mikel Alvaro (“İnter”) - 7 qol 
Nurlan Novruzov ("Bakı") - 6 qol     
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 5 qol
Cavid Hüseynov ("Qəbələ") - 4 qol 
İnnosent Emeqara ("Qarabağ") - 4 qol
Rəşad Eyyubov ("Simurq") - 3 qol






24 Noyabr, 2014  19:57 Baxılıb: 772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner