Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Təmənnasız əməyə kölgə salınır” – NAZİRLİK

Təhsil Nazirliyi internat məktəbləri ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, son vaxtlarda mediada adı çox hallandırılan 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində bir sıra keyfiyyət dəyişiklikləri baş verib. Bu il müəssisəyə yeni təyin olunan rəhbərlik müəssisənin fəaliyyətini qaydaya salmaq üçün bır sıra tədbirlər həyata keçirib: "Bu tədbirlər kollektivdə sağlam ab-havanın yaranmasından məmnun olmayan və əvvəlki rəhbərlikdə təmsil olunan bəzi şəxslərin və özlərini “uşaq müdafiəçiləri” hesab edən himayədarlarının qəzəbinə səbəb olub. Bu iki qrupun iş birliyi nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların məsumluğundan istifadə edilərək, sifarişli və qərəzli xarakter daşıyan materiallar hazırlanıb KİV-ə ötürülür, kollektivdə çalışan müəllim və tərbiyəçilərin fədakar və təmənnasız əməyinə kölgə salınır.

Çox təəssüflər olsun ki, istər bu ilin mayında 7 nömrəli, istərsə də bu günlərdə 11 nömrəli internat məktəblərində uşaqların görüntülərindən istifadə edilməklə hazırlanan, heç bir əxlaq və mənəviyyata sığmayan sensasiya xarakterli materiallar eyni ssenari və həftənin eyni günündə təqdim olunur.

Əslində isə nə baş verib? 11 nömrəli internat məktəbində əvvəllər rəhbər vəzifələrdə işləmiş Mülkicahan Əliyeva öz qeyri-sağlam ambisiyaları ilə kollektivdə hərc-mərclik, özbaşınalıq mühiti yaratmağa çalışıb, müəssisənin işgüzar nüfuzuna xələl gətirib. Son hadisədən üç həftə əvvəl həmin şəxs ictimai ajiotaj yaratmaq həvəsi ilə internatda uşağın yüngül yanıq xəsarəti alması faktının süni olaraq şişirdilməsinə çalışıb. Həmin vaxt istədiyinə nail olmayan bu xanım noyabrın 20-də sanitar qovşağında məlum çəkilişi təşkil edib. Bu və digər antipedaqoji hərəkətlərinə görə, o, internat məktəbinin pedaqoji şurasının və həmkarlar təşkilatının rəyinə əsasən, 21.11.2014-cü il tarixli əmrlə tutduğu vəzifədən azad edilib. Elə həmin gün “sensasiyalı” video portallarda yerləşdirilib və “uşaq müdafiəçiləri” kimi təqdim olunan şəxslər mediada öz etirazlarını bildiriblər".

Qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən internatın fəaliyyətində pozuntuların olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq iş aparılır. Qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Bütün təhsil müəssisələrində, o cümlədən Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində qanun pozuntusu hallarına qarşı mübarizə hər hansı bir təzyiq və toxunulan maraqlara baxmayaraq bundan sonra da davam etdiriləcək.

Aysel






24 Noyabr, 2014  17:48 Baxılıb: 657 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner