Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ali Neft Məktəbində görüş keçirildi

“Azəri-Çıraq-Günəşli” layihəsinin Rəhbər Komitəsinin Texniki Alt Qurumunun sədri Yaşar Lətifov Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb

Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentinin müşaviri, “Azəri-Çıraq-Günəşli” (AÇG) ” layihəsinin Rəhbər Komitəsinin Texniki Alt Qurumunun sədri Yaşar Lətifov və şirkətin mütəxəssisləri Oqtay Bağırov, Şaiq Bəkirov, Emin Əliyev Bakı Ali Neft Məktəbində (BANM) olub və tələbələrlə görüş keçiriblər.

BANM İctimaiyyətlə Əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. ARDNŞ-nın son illər keçdiyi inkişaf yolundan bəhs edən rektor, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələr barədə tələbələrin diqqətinə çatdırıb və onların ARDNŞ-nın gələcək yüksəkixtisaslı kadr olacaqlarına, Azərbaycanın neft sektorundakı nailiyyətlərini daha da artıracaqlarına əminlik ifadə edib.

Daha sonra ARDNŞ prezidentinin müşaviri, “Azəri-Çıraq-Günəşli” (AÇG) ” layihəsinin Rəhbər Komitəsinin Texniki Alt Qurumunun sədri Yaşar Lətifov tələbələr qarşısında AÇG layihəsinə dair videogörüntülü təqdimatla çıxış edib. Təqdimatda Azəri-Çıraq-Günəşli yatağının dünya səviyyəsində ən iri neft yatağlarından olduğunu, 1994-cü ildə Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış “Əsrin müqavilə”sinin icrası olduğunu, layihənin Azərbaycanın siyasətində, iqtisadiyyatında və vətəndaşların sosial həyatındakı önəmindən və rolundan bəhs edildi. Həmçinin təqdimatda layihənin ölkə başçısı cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş yeni neft strategiyasının hazırlanmasında və uğurla həyata keçirilməsində qabaqcıl rolundan və bu neft kəmərinin dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verəcəyindən, cənab prezidentin “Neft kapitalının insan kapitalına çevirək” şüarının əyani sübütu olduğu qeyd edilib.

Öz növbəsində şirkətin digər mütəxəssisləri AÇG layihəsi haqqında tələbələri ətraflı məlumatlandırıblar.

Çıxışlardan sonra tələbələrin çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırıb.

Tədbirin sonunda görüşün səmərəli keçməsindən məmnunluq ifadə olundu və ARDNŞ prezidentinin müşaviri Yaşar Lətifova BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.

Hüseyn İbadlı







24 Noyabr, 2014  13:42 Baxılıb: 629 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner