Şahmar Mövsümov jurnalistlərə açıqlamasında bildirib
2011-ci il yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 3 milyard 259.6 milyon manat, büdcə xərcləri ise 1 milyard 399,6 milyon manat təşkil edib.
Bu məlumatı bu gün Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə açıqlamasında bildirib.
SalamNews xəbər verir ki, 2011 yanvar-mart ayları ərzidən Dövlet Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağli gəlirləri 3 milyard 197.6 manat, o cümlədən mənfəət neftinin və qazının satişından 3 milyard 77,6 milyon manat, Şahdəniz-1 fazasi üzrə qiymət fərqindən daxilolmalar 101.7 milyon manat, Baki-Tibilisi-Ceyhan əsas ixraxc boru kəməri lahiyəsi üzrə dividentlərdən 16.3 milyon manat, tranzitdən gəliri 1.7 milyon manat olub.
Şahmar Mövsümov qeyd edib ki, ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 62 milyon manata bərabər olub.