Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

QAT ermənilərin qatıldığı konfransı dağıtmağa cəhd etdi – BAKIDA

QAT ermənilərin qatıldığı konfransı dağıtmağa cəhd etdi – BAKIDA   Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü erməni nümayəndələrinin də qatıldığı Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasının işini pozmaq üçün iclas keçirilən “Alov Qüllələri” otelinə daxil olmağa cəhd göstərib.  Təşkilatın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, QAT-çılar bir neçə saat ərzində müxtəlif adlar altında niyyətlərini həyata keçirməyə çalışıblar, lakin polis qüvvələrinin həddindən artıq çox olması buna imkan verməyib. QAT sədri Akif Nağı bildirib ki, onların bu cəhdlərini gün ərzində ayrı-ayrı qruplar şəkilində davam etdirəcəyik: “Bizim məqsədimiz aksiya keçirmək deyil, iclas zalına daxil olub, ermənilərin rədd olub getməsinə nail olmaqdır. Erməni nümayəndələrin Bakıya dəvət olunması adi məsələ deyil, bu gediş-gelişlərin artması, adi hala keçməsi Qarabağın işğaldan azad edilməsi şansını heçə endirir. Bunu ermənilər də, beynəlxalq təşkilatlar da gözəl bilir, ona görə də bu təşəbbüsləri edirlər. Biz bu prosesin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəyik. Baş verə biləcək faciəli hadisələrin məsuliyyəti isə beynəlxalq təşkilatların və Azərbaycan hakimiyyətinin üzərinə düşəcək”. Simsar.az






22 Noyabr, 2014  16:04 Baxılıb: 811 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner