Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Deputat Amasiyada Kültür Sənət və Dayanışma Dərnəyində olub

Qənirə Paşayeva Amasya Türkleri  Kültür, Sanat və Dayanışma Dərnəyi ilə görüşdə onları Qarabağ həqiqətlərinin yayılmasında səyləri daha da artırmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva Amasyada Amasya Türkləri  Kültür, Sanat və Dayanışma Dərnəyini  ziyarət edib. Dərnəyin fəaliyyəti ilə bağlı  geniş məlumat verən  Dərnək Başkanı Mutallip Ulutanrıverdi  və dərnəyin üzvləri “bu dərnəyi qurmamızdakı məqsəd Türkiyə və Azərbaycan türkləri arasında var olan dostluq, qardaşlıq və dayanışma bağlarını inkişaf etdirmək və ən üst səviyyələrə daşımaqdır deyiblər. Onlar Azərbaycanın Qarabağ kimi haqlı davasının dünya ictimaiyyətinə çatdırmaq istiqamətində də çalışdıqlarını söyləyiblər. Daha sonra söz alan millət vəkili Qənirə Paşayeva “Burada olmaqdan son dərəcə xoşbəxətəm, dəyərli sənətçimiz Nuriyyə Hüseynova ilə bərabər sizləri ziyarət etməyimizin bir səbəbi də bizim milli məsələlərimizin yanında mədəniyyətimiz, musiqimiz  və  sənətimizin də anlatılmasının önəmli bir məsələ olduğunu gündəmdə tutmaqdır. Tarix və mədəniyyətimizi gələcəyimiz olan nəsillərə, gənclərə daha çox anlatmamız lazımdır və  bu anlamda dərnəyin çalışmaları çox önəmlidir, siz dəyərli dərnək üzvlərinin dəstəyi ilə dərnək gələcəkdə də daha büyük başarılara imza atmasına vəsilə olacaqdır,’ dedi.

Azərbaycan, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı fikirlərini bildirən millət vəkili Qənirə Paşayeva Qarabağ münaqişəsi ilə bağlı daha geniş söhbət açıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin,  Ermənistanın törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır və bu məsələdə dünyanın müxtəlif bölgələrində doğulub yaşayan Azərbaycan türklərinin üzərinə daha böyük vəzifələr düşür. “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” –deyən millət vəkili bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının  alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. O, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında özəlliklə dünyanın hər tərəfində yaşayan azərbaycanlıların üzərinə böyük məsuliyyət düşdüyünü deyib və bütün insanlarımızı bu istiqamətdə daha çox çalışmağa və səyləri daha çox artırmağa çağırırıq deyib. Qənirə Paşayeva Azərbaycan tarixi, ortaq mədəniyyətimiz, musiqimiz, böyük şəxsiyyətlərimizin Türkiyədə daha geniş tanıdılmasına böyük ehtiyac olduğunu deyib. Təəssüf ki, qardaş Türkiyədə gənc nəsillər Azərbaycan, tariximiz, mədəniyyətimiz, musiqimiz barədə lazımı səviyyədə məlumatlara malik deyillər və mən inanıram ki, dərnəyin bu istiqamətdə çalışmaları bundan sonra daha da artacaq. Bunun üçün mədəniyyət istiqmətində layihələrin də daha da artmasına da böyük ehtiyac olduğunu deyən Qənirə Paşayeva  Amasya Türkleri  Kültür, Sanat və Dayanışma Dərnəyi də daxil olmaqla  bu cür dərnəklərin  səylərinin daha da güclənəcəyinə inandığını deyib. Çıxışından sonra  Amasya Türkleri  Kültür, Sanat və Dayanışma Dərnəyinin rəhbəri, üzvləri ilə geniş söhbət edən və onların suallarını cavablandıran millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ problemi, Xocalı Soyqırımını özündə əks etdirən kitabları, materialları dərnəyə hədiyyə edib. O, müəllifi olduğu kitabları,  həmçinin həmmüəllifi olduğu kitab  və Türkiyə türkcəsində nəşr olunmuş “Hocalı  Soykırımı tanıkların dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi,ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da dərnəyə hədiyyə olunub və dərnəyəfəaliyyətində uğurlar dilənib. Tədirin sonunda Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynova da çıxış edib və sonra tədbir iştirakçılarına özünün gözəl ifasında bəzi ölməz əsərlərimizi təqdim edib

 

 






22 Noyabr, 2014  15:11 Baxılıb: 992 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner