Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Uşaq müavinətləri: Problemə ədalətli yanaşma - ŞƏRH

Azərbaycanda yeni doğulan uşağa görə 90 manat birdəfəlik müavinət verilir. İşləyən qadın “analıq məzuniyyəti” dövründə hər ay üçün müavinət alır. Anaya işə çıxmırsa, uşağı 1 yaş yarıma çatanadək 20 manat müavinət, 3 yaşadək isə 15 manat ödənilir. Ancaq məsələ ondadır ki, bu yardımdan işləməyən analar məhrum olunub. Onlar yalnız birdəfəlik 90 manat məbləğində yardım ala bilər. Bu rəqəmlərə görə, Azərbaycan bəlkə də dünyada son sıralardan birini tutur. Çünki uşağa aylıq ödənilən məbləğ onun bezinə də çatmır. Onu da qeyd edək ki, 2006-cı ilin yanvarınadək 18 yaşadək uşaqlara müavinət verilirdi. Həmin vaxt bunun məbləği 1 manat 80 qəpik təşkil edirdi. Həmin il bu ləğv edildi və əvəzində birdəfəlik müavinət müəyyən olundu. Yalnız ailədə uşaqların sayı 5 nəfərdən çoxdursa, o zaman 18 yaşadək hər uşağa 30 manat müavinət verilir.

Xarici ölkələrdə isə bu yardımlar qat-qat yüksəkdir. Məsələn, Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca, bu pulun həcmi də artır.

Moskvada hökuməti isə çoxuşaqlı ailələrdə uşaqların hər birinə görə ayda 870 rubl məbləğində ödəniş və kompensasiya ödənilir. Bundan başqa, 16 yaşına qədər (uşaq təhsilini ümumtəhsil müəssisəsində davam etdirirsə, 18 yaşadək) hər ay 150 rubl ödənilir. Moskva rəhbərliyi uşaqların qidalanmasını da nəzərə alır. Bunun üçün 3 yaşa qədər olan hər bir uşağa aylıq olaraq 150 rubl verilir. 10 və daha artıq uşağı olan analara isə hər ay 3000 rubl kompensasiya verilir.

Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollardır. Uşaqların sayı artdıqca, müavinətin məbləği 2 dəfə artır.

Avropada bu məbləğ daha yüksəkdir.

Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti ilə ev sənədləşdirmək mümkündür.

Fransada uşaq dünyaya gəlməmiş ana ona görə müavinət alır.

Britaniya vətəndaşı olan uşaqlara ayda təxminən 150 funt sterlinq pul ayırır. Birdəfəlik müavinət isə 500 funt sterlinqdən artıqdır.

Ərəb ölkələrində bu rəqəmlər fantastikdir.

Türkiyədə isə çoxuşaqlı ailələrə sağlamlıq və hamiləlik yardımlarını da nəzərdə tutan sosial yardım paketi verilir. Türkiyədə də bu məsələ şəhər və rayonlar üzrə aparılır. Bu sosial yardımlar  hamiləlik dövründən başlayır. Çoxuşaqlı ailələrə təhsil yardımı göstərilir. Ümumiyyətlə, Türkiyədə hər ailəyə 3 uşağın olması prinsipi tətbiq olunmağa başlayıb. Burada ölkədə çoxuşaqlı ailələrə sağlamlıq və hamiləlik yardımlarını da nəzərdə tutan sosial yardımlar paketi verilir.

Azərbaycandakı mövcud vəziyyəti təhlil edən ekspert İlqar Hüseynlinin sözlərinə görə, artıq Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalmaqdadır. Bu isə ölkənin demoqrafik göstəricisinə ciddi təsir göstərən amildir: “Doğuşa görə verilən birdəfəlik pul uşağın tələbatı və ailənin doğuşa çəkdiyi xərc arasında disbalans yaradır. Bütün bunları nəzərə alınmaqla doğulan uşağa görə verilən birdəfəlik müavinətin həcmi artırılmalı və aylıq uşaqpulunun verilməsi bərpa olunmalıdır. Belə olarsa, məsələyə daha ədalətli yanaşma olar”.

Onun sözlərinə görə, uşaqlara verilən birdəfəlik müavinətin həcmi heç olmasa 500 manat olmalıdır: “Hər uşağa aylıq müavinətin verilməsi bərpa olunmalıdır və burada fərq qoyulmamalıdır. Yəni ananın işləyib-işləməməsi əsas olmamalıdır. Bütün uşaqlara 18 yaşına qədər heç olmasa ayda 20 manat müavinət verilməlidir. Sosial ədalət baxımından bunun bərpası vacibdir. Bu o demək deyil ki, 20 manat uşağın bütün ehtiyaclarını ödəyir. Təbii ki, bu belə deyil. Ancaq heç olmasa indiki iqtisadi reallıqlar şəraitində müəyyən minimum ehtiyacları qarşılamaq üçün sözügedən məbləğdə aylıq müavinətin verilməsi mütləqdir”.

Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin analitik informasiya şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, işləyən qadınlar üçün nəzərdə tutulmuş “analıq məzuniyyəti”nin miqdarı olduqca aşağıdır: “Uşağa görə 18 ay ərzində anaya 20 manat pul ödənir. Bu isə çox aşağı miqdardır. Bunun artırılması üçün komitə bir neçə dəfə hökumət qarşısında təkliflə çıxış edib”.

O deyib ki, beynəlxalq təcrübəyə müraciət etsək, Almaniyada Macarıstanda qadın işləməsə belə evdə uşağa baxdığı üçün doğum haqqında təsdiqedici şəhadətnaməni sosial müəssisəyə göstərməklə, aylıq müavinəti yüksək miqdarda ala bilir: “Azərbaycanda da bu cür praktikanın tətbiq edilməsi məqsədəuyğun olardı. Azərbaycanda da analıq məzuniyyətinə görə verilən aylıq 20 manatın artırılmasına ehtiyac var. Valideynin uşağının aylıq minumim tələbatlarını ödəyə bilməsi üçün aylıq müvainətlərin dövlət tərəfindən ödənilməsi ədalətli olardı”.

O əlavə edib ki, müavinətlərin sənədləşdirilməsi prosesində vətəndaşlara bir sıra bürokratik əngəllər yaradılır: “Uşaqlara görə, müavinətlərin alınması xüsusilə təkbaşına uşağını böyüdən qadınlar üçün, ailə üzvlərini itirənlər, aztəminatlı ailələr üçün sənədlərin verilməsi qaydası asanlaşdırılmalıdır. Ölkədə mexanizm elə qurulmalıdır ki, sənədlərin yığılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisələrində yubadılmasın. Bu hallar bürokratik əngəllərə və həmin ailələrdə problem yaşanmasına səbəb olur”.

E. Səfərov qeyd edib ki, müraciət edən vətəndaşın  aztəminatlı ailə olduğunu nəzərə almaq lazımdır. Onun sənədləşməsi üçün vətəndaşı ayrı-ayrı qurumlara göndərilməsi absurddur. Həmin nazirlikdə belə ailələr üçün ümumi baza olmalıdır və vətəndaş şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə məlumatları özü bilməlidir. Ondan yalnız ərizənin yazılması və şəxsiyyət vəsiqəsinin verilməsi tələb olunmalıdır. Proses bu formatda aparılarsa həmin ailələrin sosial təminatlarının gücləndirilər və onların bürokratik əngəllərdlən problemsiz keçməsi aradan qalxmış olar”.

 

Aysel Kərimova







22 Noyabr, 2014  14:05 Baxılıb: 87760 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner