Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Təbrizin “Barış” qrupu İranın türklərin olmasına işarə etdi - “Türkvizion 2014” - VİDEO

Ötən gün Təbrizin “Barış” etno-rok musiqi qrupu Tatarıstanın paytaxtı Kazan şəhərində türkdilli ölkələr və bölgələr arasında keçirilən “Türkvizion 2014” mahnı müsabiqəsinin finalına çıxışı zamanı tamaşaçıları heyrətə gətirib.

İran türklərini təmsil edən qrup olaraq, yarışa qatılan “Barış”ın solisti Məsud Əmir Sepehri yarışın ənənəsinə uyğun olaraq özlərini təqdim edib. Lakin Məsud təqdimatla yanaşı Azərbaycanın paytaxtı Bakını da unutmayıb: “Əlbəttə yarışda hər kəs ilk üçlüyə düşmək üçün çalışır. Amma bizim niyyətimiz təkcə bu deyil. Məqsədimiz İranı, gözəl məmləkətimiz Təbrizi dünyaya tanıdaq. Mədəniyyətimizi, səviyyəmizi dünyaya göstərək. Buradan Azərbaycana, Təbrizə, Bakıya, Ankaraya salamlar göndərirəm”.

Məsud və qrupu çıxışlarının ardınca canlı olaraq, səhnə arxasında Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm” ifa ediblər.

Xatırladaq ki, müsabiqənin ötən günki mərhələsində “Barış” etno-rok musiqi qrupu finala vəsiqə qazanmışdı.

Onların repertuarına isə bəstəkar Həsən Əbdüləzimzadənin Məhəmmədhüseyn Şəhriyarın “Heydər baba” şeirinə bəstələdiyi etno-rok kompazisiyası daxildir.

“Barış”a təbrizli müğənni Məsud Əmir Sepehri rəhbərlik edir.

Qeyd edək ki, İran mediasın dərc edilən məlumatlara görə, müsabiqənin ilk mərhələsində İran türklərini “Türkvizion 2014” müsabiqəsində təmsil etmək üçün üçü Tehran, biri isə Təbrizdən olmaqla, dörd musiqi qrupu arasında yarış keçirildikdən sonra Barış qrupu Tatarıstana getməyə nail olub.

Barış qrupunun Azərbaycan dilində mahnı ifa etməsi İranın türklərin dövləti olmasına bir işarədir.

Hüseyn İbadlı






22 Noyabr, 2014  11:32 Baxılıb: 1985 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner