Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Deputat Türkiyədə erməni təcavüzündən danışdı

Qənirə Paşayeva Çorum Məclis başqanı Halil İbrahim Kaya və Çorumdan seçilmiş millət vəkilləri ilə görüşdə qaçqın və köçkün salınan 1 milyon insanımızdan danışıb.

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Çoruma  səfəri  zamanı  Çorum Məclis başqanı Halil İbrahim Kaya  ilə görüşüb.  Millət vəkili Qənirə Paşayeva Çorumda həmçinin millət vəkili Salim Uslu başda olmaqla Çorumda TBMM seçilmiş millət vəkilləri ilə də görüşüb. “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur” deyən millət vəkili Qənirə Paşayeva vali ilə söhbətlər  zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindəb danışıb. “ Ermənistanın Azərbaycan torpaqlarını işğalı   zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ermənistan həm bu ölkədə, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus çoxlu sayda camiləri, tarixi abidələri, qəbirstanlıqları məhv edib və  bu vandalizm aktlarını bu gün də davam etdirir”. Millət vəkili Qənirə Paşayeva Ermənistanın 20 ildən artıqdır ki, bütün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymayaraq  işğalı davam etdirməsi, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evinə dönə bilməməsi, yaşadıqları böyük ağrı və acılar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, dağıtdıqları camilər, tarixi və mədəbi abidələr, qəbirstanlıqlarımız barədə, girov götürdüyü insanlarımıza qarşı törətdikləri insanlıqdan kənar əməllər və son günlər girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklərdən danışaraq bu ağrı və acılar hər bir türk insanını ciddi narahat etməlidir deyib.” Biz Azərbaycan və Türkiyə olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qondarma erməni soyqırımı yalanlarına qarşı birgə mübarizəni daha da gücləndirməliyik. Mən inanıram ki,  biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda  da keçirəcəyik”. Millət vəkili Qənirə Paşayeva Çorum Məclis başqanı Halil İbrahim Kayaya  və Çorum millət  vəkillərinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib və geniş məlumatlar verib.   Məclis başqanı Halil İbrahim Kayaya  kitab barədə məlumat verən millət vəkili bildirib ki, kitabda Xocalıda soyqrıma məruz qalan insanların yaşadıqları ağrı-acılar onların  öz dillərindən təqdim olunub.  Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla Çorum arasında əlaqələrin güclənməsinin də  çox mühüm olduğunu dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Qədim Çorumun  da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir.” Millət  vəkili Çorum Məclis başqanı Halil İbrahim Kayaya   və Çorum millət  vəkillərinə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın  növbəti hissəsələrində Çorumun da yer alacağını bildirib.  “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahiblənmək duyğusunu formalaşdırmaq niyyəti daşıdığını  söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva  Çorum Məclis başqanı Halil İbrahim Kayanı  və Çorum millət  vəkillərini ölkəmizə dəvət edib. Çorum Məclis başqanı Halil İbrahim Kaya və  Çorum millət  vəkilləri da  öz növbəsində görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun olduq. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq”.   Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Çorum Məclis başqanı Halil İbrahim Kayaya və   Çorum millət  vəkillərinə özünün müəllifi olduğu kitablarla yanaşı  Azərbaycanın tarixi,  mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən  kitabları , matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırladığı   “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib.   Çorum Meclis başqanı Halil İbrahim Kaya da  millət vəkili Qənirə Paşayevaya Çorum  ilə bağlı materiallar, kitablar hədiyyə edib.

 






22 Noyabr, 2014  09:52 Baxılıb: 918 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner