Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Türkiyədə azərbaycanlı şagirdlərə dərsliklər hədiyyə edildi

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun sədri Elşad İsgəndərov İstanbulun Halkalı bölgəsində yerləşən Azərbaycan məktəbini ziyarət edərək burda təhsil alan şagirdlərə Azərbaycan dilində dərsliklər hədiyyə edib.

İslam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ziyarət zamanı Azərbaycan himni oxunmuş, şagirdlər doğma dilimizdə vətən, bayraq, şəhidlik, Ümumimilli lider Heydər Əliyev haqqında şeirlər söyləmişlər.

Təşkilat sədri E.İskəndərov şagirdlər qarşısında çıxış edərək qeyd etmişdir ki, dünyada bir çox xalqlar olduğuna baxmayaraq onların dövlətləri yoxdur: “Lakin Allaha çox şükür olsun ki, bizim dövlətiniz vardır. Bu baxımdan siz xoşbəxtsiniz.  Ölkənizdən uzaqda yaşasanız da, dövlətinizə bağlı, milli dəyərlər əsasında böyüməniz üçün belə bir gözəl şərait yaradılmışdır.  Ümumimilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi yolla Prezidentimiz İlham Əliyevin başçılığı altında Azərbaycan hər keçən gün dünyanı özünə heyran etməkdədir.  Mən bu gün Azərbaycanı daha yüksək zirvələrə daşıyacaq doktorları, mühəndisləri, müəllimləri, diplomatları görürəm. Bu işdə əməyi keçən hər bir kəsə dərin təşəkkürümü bildirirəm”.

E.İskəndərov Azərbaycan məktəbinin direktoru Serdar Koçdan və müəllmilərdən bu məktəbin fəaliyyəti bardə ətraflı məlumat alıb, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda yüzlərlə məktəbin inşasından söz açıb və Azərbaycan təhsilinə göstərilən diqqətin rəmzi olaraq Halkalıda tədris alan şagirdlərə kiçik bir tövhə olaraq vətəndən gətirdikləri kitabları  İƏT Gənclər Forumu adından hədiyyə edib.

Daha sonra sinifləri gəzən və kitabları şagirdlərə paylamış İKGF sədri şagirdlərlə yaxından maraqlanmışdır.

Qeyd edək ki, sözügedən ibtidai məktəb Türkiyədə yaşayan azərbaycanlı ailələrin uşaqları üçün təhsil alması üçün ötən ilin oktyabr ayında Zəhra Ana dərnəyi tərəfindən açılıb və burda ümumilikdə 150 şagird təhsil alır.






22 Noyabr, 2014  09:25 Baxılıb: 692 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner