Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rusiya mediasının «Yeddi gözəl» baleti haqqında təəssüratları

Əsər maraqla qarşılanıb

Qara Qarayevin Moskvada təqdim olunan «Yeddi gözəl» baleti Rusiya ictimaiyyətində xoş təəssürat yaradıb. Əsər medianın da diqqətini cəlb edib. 
Simsar.az-ın məlumatına görə, Rusiyanın «Mədəniyyət» (“Kultura”) telekanalında efirə gedən süjetdə əsərin tarixindən bəhs olunub və baletin vaxtilə sovet səhnəsində də məşhur olduğu bildirilib. “Mir” telekanalı da bu barədə süjet yayımlayıb.

RBK agentliyi Qara Qarayevin «Yeddi gözəl» baletinin Rusiyada nümayişinin böyük mədəniyyət hadisəsi olduğunu vurğulayıb.

Mövzu ilə əlaqədər Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğl «Mədəniyyət xəbərləri» proqramının «Xudsovet» rubrikasının qonağı olub.

İTAR-TASS agentliyinin məqaləsində baletin süjet xəttindən, qəhrəmanlardan bəhs olunub.

«Exo Moskvı» radiostansiyasında tamaşa ilə bağlı yer alan fikirlər: «Yeddi gözəl» baletinə baxan hər kəs hətta incəsənətdən uzaq olsa belə, o, baletin sadiq həvəskarına çevriləcək”.

«Exo Planeta» jurnalında dərc olunan məqalədə vurğulanıb: “Böyük Teatrın tamaşaçıları əsrarəngiz Şərq nağılının təsiri altına düşmüşdü. Burada Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin motivləri və XX əsr Azərbaycan bəstəkarı Qara Qarayevin musiqisi əsasında yaradılan

«Yeddi gözəl» baleti nümayiş etdirilirdi. Belə bir hədiyyəni isə moskvalılara Azərbaycan Dövlət Opera və Balet Teatrı təqdim etdi”.

«Oqonyok» jurnalında “Gözəllər və sosializm” adlı yazıda qeyd olunub: «Müəllif baletdə özünün poeziyaya vurğunluğunu ifadə edir. Qara Qarayevin bu gözəl musiqisini sovet dövründə heç kəs dəyişdirə bilməyib”.

«Muzıkalnoye obozreniye», «Veçernyaya Moskva» qəzetlərində, Vesti.ru saytında da premyera barədə xəbərlər yer alıb.

Balet yeni xoreoqrafik tərtibatda fevralın 21-də Moskvada, Böyük Teatrın səhnəsində nümayiş olunub. Tamaşasının quruluşçu baletmeysteri Vasili Medvedyev, rəssamı Dmitri Çerbadji, geyim üzrə rəssamı Tahir Tahirovdur. Bəhram şah rolunu Böyük Teatrın aparıcı solisti Mixail Lobuxin, Gözəllər gözəli rolunu əməkdar artist Kamilla Hüseynova ifa ediblər.

Arifə






19 Aprel, 2011  17:23 Baxılıb: 1784 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner