Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

46,3 ton ərzaq məhv edilib

Mingəçevirdə istehlakçı hüquqlarına dair Konfrans keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması məqsədilə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və istahlakçıların iştirakı ilə maarifləndirmə tədbirlərini davam etdirir.

Simsar.az xəbər verir ki, “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti belə tədbir noyabrın 21-də Mingəçevirdə keçirilib. Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev əvvəlcə 2014-cü ilin yanvar-oktyabr aylarında Dövlət Xidməti tərəfindən keçirilmiş nəzarət tədbirləri barədə məlumat verib. Bildirilib ki, bu ilin 9 ayı ərzində mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 46,3 ton ərzaq və 0,3 ton qeyri-ərzaq malları qanunamüvafiq qaydada satışdan çıxarılaraq məhv edilib.

Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilmiş, istehlakçı hüquqları, həmçinin, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbir iştirakçılarına məlumat verilib ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı və "Facebook" səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.

 






21 Noyabr, 2014  15:28 Baxılıb: 932 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner