Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nəqliyyat Nazirliyi göz yumur – Sakinlər isə əzab çəkir

Bakı sakinlərinin paytaxt nəqliyyatından dad-aman etdiyi yenilik deyil. Belə bir sözü var: “Xoşbəxt o insandır ki, hər səhər evdən işə, axşam isə işdən evə tələsir”. Bu sözdən belə çıxır ki, Bakıda xoşbəxt insan yoxdur. Çünki, bu əzablı tıxaclardan kimsə xoşlansın və tələsmək istəyinə düşsün. Öz timsalımda deyə bilərəm ki, səhərlər işə gəlmək və axşamlar evə dönmək mənə sovet hakimiyyəti dövründə məcburi pambıq yığımına getmək kimi əzablı görünür. Bir sözlə bizi evdən işə və əksinə gətirən yollar hər gün əsəb və stresslə boldur. Fikrimcə Bakı əhlinə yaraşıqlı səkilər, yol kənarlarına büdcədən ayrılan milyonlarla manat hesabına çəkilən bərli-bəzəkli hasarlar yox, sadə şəkildə, rahat mənzil başına çatmaq lazımdır.

Paytaxt sakinlərinin bu problemlərlə nə zamana qədər baş-başa qalacağını deyə bilmərəm, ancaq vəziyyətin heç də ürəyaçan olmadığı göz önünüdədir.

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib ki, problemi aradan qaldırmaq mümkündür. Lakin bunun üçün kompleks işlər görülməlidir.

Onun sözlərinə görə, paytaxt nəqliyyatında baş verən acınacaqlı vəziyyətin əsas səbəblərindən biri də tikinti sektorunun plansızlığıdır: “Küçələr bərbad gündədir. Acgöz, görməmiş insanlar qanunsuz tikililərlə küçələrimizi zəbt ediblər. Balaca boş yer tapan kimi tikinti aparırlar. Nəqliyyatın hərəkətini isə düşünən yoxdur”.

Ə. Hüseynov bildirib ki, Azərbaycan qanunvericiliyində bu əməllər cinayət tərkibi başıyır: “Bu cinayətin qarşısı alınmalıdır. Dünyanın heç bir yerində belə biabırçılıq yoxdur. Küçənin dəqiq parametrləri var. Sovet dövründə 60-cı illərdə qəbul edilmiş qanunda bu parametrlər göstərirlir - küçənin eni məskunlaşma necə olmalıdır, yaşayış və qeyri-yaşayış binaları hansı şəkildə və məsafədə  tikilməlidir. Bizdə isə bunun ağına-bozuna baxmırlar. Sovet dövründə tikilmiş iki binanın arasında 200-300 kvadrat yer tapan kimi orda 18 mərtəbəli bina inşa edirlər. Tikintini aparandan isə soruşan yoxdur ki, ay bədəbəxt, sənin tikdiyin bu binaya insanlar nə ilə gələcək, burda yaşayanlar necə hərəkət edəcəklər, maşınların harda saxlayacaqlar? Bu suallara cavab verməyincə tıxac olacaq və daha da vəziyyət gərginləşəcək”.

Ekspert digər səbəbin ictimai nəqliyyatın düzgün tənzimlənməməsində və insanların düşüncə tərzində olduğunuda deyib: “Bu problem həlqəvaridi. Küçələrin bərbadlığına görə, ictimai nəqliyyat da düzgün işləmir. İctimai nəqliyyatın bərbad olmasına görə isə bezdirici tıxaclar yaranır, avtobuslarda sərnişinlər “üst-üstə” daşınır”.

Digər səbəbin təfəkkür məsələsi olduğunu xatırladan Ə. Hüseynov sadə azərbaycanlının evinin 1 km-dəki mağazaya maşınla getdiyini də deyib: “Bir çox ölkələrdə avtomobili olanlar ictimai nəqliyyata üstünlük verirlər. Bəzən deyirlər ki, Azərbaycanda maşın çoxdur. Xeyir, çox deyil. Azərbaycanda əhalinin sayına görə orta statistik maşın sayı, həta orta dünya göstəricisindən də aşağıdı. Bizdə maşın Əfqanıstandakından, Hindistandakından çox ola bilər. Amma Gürcüstandan azdır. Yaponiyada əhalisinin 70%-nin maşını var. Amma 5 dəqiqədən artıq tıxac yoxdur. Azərbaycanda isə rəsm statistikaya görə əhalinin 13%-nin sayı qədər avtomobil var. Azərbaycanın indi yaşadığı problemi 60-70-ci illərdə Almaniya da yaşayıb. Amma indi öz həllini tapıb. Bizdə də bu mümkündür. Bunun üçün insanlar arasında maarifləndirmə işləri aparılmalıdır. İctimai nəqliyyatdan istifadə mədəniyyəti təlqin olunmalıdır. Şəhərsalma və məskunlaşmada olan biabırçılıq aradan qaldırılmalıdır. Şəhərin ortasında qanunsuz tikilən binalar sökülməlidir. Problem yalnız bu şəkildə öz həllini tapa bilər. Bütün bu problemlərə rəğmən isə Nəqliyyat Nazirliyi sadalanan problemlərə göz yumur və fəaliyyətsizliyini davam etdirir”.

Vüsal Qarayev








21 Noyabr, 2014  14:00 Baxılıb: 1568 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner