Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkilinin sözlərinə yeni mahnı bəstələndi- VİDEO+FOTOLAR

Tanınmış bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayevanın işbirliyi davam edir.

Bu barədə Simsar.az-aaçıqlama verən bəstəkar Sevinc Tofiqqızı bildirib ki, Qənirə xanımla olan yeni mahnılarını tanınmış ifaçı Rəşad İlyasov oxuyub: “Dəyərəli millət vəkilimiz Qənirə xanım ilə iş birliyim davam edir. Bu dəfə sözləri Qənirə xanıma musiqisi isə mən aid olan “Sənsizlik” adlı mahnımızı Rəşad İlyasov oxudu. İnanıram ki,  dinləyicilər  tərəfindən çox bəyəniləcək. Bu, Qənirə xanımın şeirinə bəstələdiyim  9-cu mahnıdır. Hələ bundan sonra işbirliyimiz davam edəcək”.

Mahnın ifaçısı Rəşad İlyasov da öz növbəsində bildirib ki, Sevinc Tofiqqızı və Qənirə Paşayevanın birlikdə ərsəyə gətirdikləri “Sənsizlik”  mahnısını ifa etməkdən məmunundur: “Sözləri Qənirə Paşayevaya, musiqisi Sevinc Tofiqqızına aid ola mahnını oxumaq təklifini alanda çox şad oldum. Çünki, hər ikisdə mənim üçün çox dəyərlidirlər. İnanıram ki, bu da ifam dinləyicilər tərəfindən bəyəniləcək”.Qeyd edək ki, mahnının bekvoklarını müğənni Leyla Babayeva ifa edib, oranjımanını  isə  Osman Həmidov edib.

 

 

 






21 Noyabr, 2014  11:26 Baxılıb: 1001 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner