Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Akkord”la bağlı qalmaqal – DƏLƏDUZLUQ

“Bizə dedi ki,“Akkord”da işləyirəm, aşağı kreditlə ev satılır. Ona inanıb bankdan 4 min manat kredit götürdük və ilkin ödəniş kimi ona verdik. Sonra həmin adam yoxa çıxdı”.

Bunu Simsar.az-a “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”ndan şikayətçi Hüsniyyə Ramazanlı deyib.

H. Ramazanlı bidirib ki, Bakıda yaşayan bacısı Səma Ramazanlının iş yoldaşı ona, əri Qılman Bağırov adlı şəxsin “Akkord”da işlədiyini və sərfəli kreditlə ev satıldığını deyib. Qılman isə onlardan ilkin ödəniş adıyla 4 min manatı alaraq, yoxa çıxıb: “Bacım çörək zavodunda işləyirdi. İş yoldaşı olan bir xanım ona “Akkord”dan münasib qiymətə ev satıldığını deyib. Hətta, həyat yoldaşının “Akkord”un işçisi olduğunu da söyləyib. Qılman, bacımgilə gələrək deyib ki, mənzilin ilkin ödənişi 2 min manatdır. Ayda 120 manat ödəniş edəcəksiniz. Kreditin müddəti isə 18 ildir. Bunun üçün əlavə sənədlər də bizdən istəyib. Bacım isə mənə zəng edərək, məsələni danışdı. Mən də bankdan kredit götürüb Bakıya yola düşdüm”.

O, bu söhbətlər başlayan zaman rayonda olduğunu da qeyd edib: “Mənə zəng edib dediler ki, bankdan 4 min manat pul götür, Bakıya gəl. İnandırıcı məqamlar çox idi. Mən də bu ilin fevralında “Kapital Bank”dan 4 min manat götürüb getdim Bakıya. Bacım pulu məndən alıb getdi Qılmangilə. O da pulu aldıqdan sonra deyib ki, evin açarları sabah sizə təhvil veriləcək. Amma səhəri gün ondan heç bir xəbər çıxmadı”.

Bacılar bir gün gözlədikdən sonra evdən xəbər çıxmadığını görüb narahat olmağa başlayıblar. S. Ramazanlı Qılmanın həyat yoldaşına zəng edib və eşitdiyi sözlərdən şoka düşüb: “Qadın bizə dedi ki, ərinə nahaq inandınız. Ərim bu yolla çox adamı aldadıb. Daha sonra isə telefonlarıma cavab vermədi. Kirayə qaldıqları evə getdik, dedilər ordan da çıxıblar. Axtarışlarımız bir ay nəticə vermədikdən sonra polisə müraciət etdik”.

O, hazırda işin Yasamal Rayon Polis İdarəsində araşdırıldığını da deyib: “İnandırcı olmasa da polis Qılmanı tapa bilmir. Məncə onun arxası güclüdür. Ona görə qanunları və polisi saymır, heç kim onu tuta bilmir. Mənim həyat yoldaşım rəhmətə gedib, iki uşağım var. Borc qalıb mənim  üstümüzdə. 7 aydır boş yerə maaşım kreditə gedir. Canımı zülmə verib pul qazanıram, ayda 215 manat bank tutur”.

Məsələ ilə bağlı “Akkord”a etdiyimiz müraciətə yazılı açıqlama verilib.

Şirkətdən bildirilib ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Qılman Bağırov adlı bir şəxs işləmir və əvəllər də işləməyib:

“Onun əməli Korporasiya əməkdaşları tərəfindən pislənilir. Gələcəkdə bu qəbildən ola biləcək qanunsuz  əməllərin qarşısını almaq uçün vətəndaşlara müraciətmizi çatdırmanızı xahiş edirik. “Akkord” Korporasiyası yaşayış və qeyri-yaşayış obyektlərinin satışını Nərimanov rayonu, Təbriz küçəsi, 87 ünvanda aparır Tel: 012-404-77-78. Ümimiyyətlə, Korporasiyamızla bağlı hər hansı bir sualınıza cavab tapmaq istəyirsinizsə, Korporasiyamızın e-mail ünvanına – info@akkord.az – a və ya facebook səhifəsinə yazın. Korporasiyanın 012-404-77-77 telefon xətti 24 saat açıqdır. Saat 18.00-dan sonra verilən məlumatlar toplanaraq səhəri gün müvafiq Departamentlərə ünvanlanır".

Vüsal Qarayev

 

 






20 Noyabr, 2014  14:24 Baxılıb: 3277 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner