Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AMİP-in İctimai Palatanı tərk etməsinin səbəbləri...

Mitinqlərdən «bezən» istiqlalçıların qərarı müxtəlif arqumentlərlə izah olunur  

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) gözlənilməz qərar verib. AMİP Siyasi Şurası növbədənkənar toplantı keçirərək partiyanın İctimai Palatadan çıxdığını bəyan edib.  

«İctimai Palata yarandığı zaman qarşısına qoyduğu məqsədlər istiqamətində fəaliyyətdən yayınaraq yalnız mitinqlərin keçirilməsi ilə bağlı fəaliyyət göstərib. Nəticədə müxalifətin daha geniş spektrinin bir yerdə olmasının qarşısı alınıb, regional təşkilatlanma işi arxa plana keçirilib, bitərəflərin cəlb olunması istiqamətində əməli fəaliyyət göstərilməyib» deyə, Siyasi Şuranın bəyanatında bildirilir.


İsa Qəmbər: «...qiymət verəcəyik”

AMİP-in İctimai Palatadan getməsinə Müsavat Partiyasının başqanı İsa Qəmbər münasibət bildirib. AMİP Koordinasiya Şurasına İctimai Palatada fəaliyyətini dayandırması haqda heç bir qərar təqdim etməyib: “Ona görə də indiki mərhələdə məsələni qiymətləndirə bilmərik. Yalnız rəsmi məlumat aldıqdan sonra buna qiymət verə bilərik. Sadəcə olaraq onu deyə bilərəm ki, İctimai Palata partiyaların birliyi deyil. İctimai Palata vətəndaş birliyidir, ayrı-ayrı fərdlərin birliyidir. Bir çox partiyanın nümayəndələri də İctimai Palatada təmsil olunur. Ona görə də İctimai Palataya üzv olma və çıxma hallarına konkret situasiyalarda baxılmalıdır. Biz də buna baxıb qiymət verəcəyik”.

Nurəddin Məmmədli: «AMİP-in İctimai Palatadan çıxmasına əhəmiyyət verilməməlidir»

AXCP sədrinin müavini Nurəddin Məmmədli «Simsar.az»a bildirib ki, hər bir partiyanın qərarına hörmətlə yanaşmaq lazımdır: «Əslində bu çox yaxşı oldu. Kimin kim olduğu bir daha üzə çıxır. Özünə hörmət edən təşkilat hər hansı quruma daxil olanda onan nizamnaməsi, əsasnaməsilə tanış olmalı və buna uğun addım atmalıdır».
N.Məmmədli hesab edir ki, AMİP-in İctimai Palatadan çıxmasına əhəmiyyət verilməməlidir: «AMİP-ə parlament seçkilərində yer verilmədiyi üçün radikal qərar qəbul edib müxalifətə qoşuldu. Bir-iki aksiyadan sonra rejim onlara təpindi və özlərini «düzəltdilər».

Hakimiyyətin rıçaqları və Etibar Məmmədovun siyasətə gəlməsi


AXCP sədrinin müavini Razi Nurullayev isə AMİP-in İP-dən çıxmasını APA-ya şərh edərkən deyib ki, son zamanlar AMİP-in və bu partiyanın sədri Yusif Bağırzadənin hakimiyyətlə yaxınlığı barədə söz-söhbətlər olub: “İstər-istəməz AMİP-də hakimiyyətin rıçaqları mövcud idi. Mən kənar müşahidəçi kimi belə halın olduğunu görürdüm. Yəqin ki, hakimiyyət öz rıçaqlarından istifadə edərək, onlara təsir göstərdi və öz adamları vasitəsilə AMİP-i İP-dən çıxmağa məcbur etdi. Mən AMİP-dən sonra İP-də olan digər partiya və ya təşkilatların da buranı tərk edəcəyini gözləyirəm”.

R. Nurullayev AMİP-in İP-dən çıxmasını öz yoldaşlarını, dostlarını yarıda qoyub getmək hərəkəti kimi qiymətləndirdiyini vurğulayıb. “AMİP-in İP-i tərk etməsinin digər səbəbi isə partiyanın yaradıcısı, lideri Etibar Məmmədovun “böyük siyasətə qayıtması” barədə xəbərlərlə bağlıdır. Mən hətta bu məsələdə Etibar Məmmədov izi də görürəm. Ola bilər ki, AMİP İP-dən Etibar Məmmədovun müraciəti, təzyiqi ilə çıxıb. Ya da ola bilər ki, AMİP Etibar Məmmədovu da siyasətə qatmaqla təkbaşına kurs yeritmək istəyir. Bu halda biz onları başa düşmək istərdik. Ancaq istənilən halda, AMİP-in İP-dən çıxmaq qərarını müsbət qarşılamıram. Hesab edirəm ki, hər halda, başqa sahələrdə əməkdaşlıq edə bilərik”.


Rəşad Bayramov: «Arqumentlərin hamısı mənasızdır»


AMİP katibi Rəşad Bayramov «Simsar.az”a açıqlamasında qeyd edib ki, ayrı-ayrı partiya funksionerlərinin AMİP-in İctimai Palatadan çıxması barədə arqumentlərinin heç bir əsası yoxdur: «İctimai Palatadan çıxmağımızın əsl səbəblərini Siyasi Şuranın bəyanatında göstərmişik. Bəyanatda qeyd olunan səbəblərdən kənarda səslənən hər bir arqument əsassızdır. Və arqument axtarmağın heç bir mənası yoxdur».

Simsar.az






19 Aprel, 2011  13:41 Baxılıb: 1245 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner