Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Çöpçü “əfsanə”si - Qarşılıqlı ittihamlar – ARAŞDIRMA

Azyaşlı uşaq sahiblərinin zəruri hallarda üz tutduqları yerlərdən biri də çöpçülərdir. Bu peşənin tarixi haqda o qədər dəqiq məlumatlar olmasa da etiraf edək ki, ixtisaslı tibb işçisin öhdəsindən gələ bilməyəni, çöpçülər qısa zamanda çarəsini tapa bilirlər. Bir çoxlarımızın, yaxınlarımızın qapılarını döydüklərimiz çöpçülər əslində kimlərdir və onlar bu bacarığa necə yiyələniblər?

Bütün bu və digər bizi və oxucularımızı maraqlandıran suallara cavab tapmaq üçün üz tutduğumuz şəxs uzun illərdir bununla məşğul olan çöpçü Kəmalə xanım oldu.

Onunla söhbətimiz zamanı Kəmalə xanımda özünə inamım şahidi olduq. İxtisaslı tibb işçisi olmadığını, bu günə qədər də öz işində yanılmadığını söyləyən çöpçü həmkarlarının bir çoxunun həkmdən bacarıqlı olduğunu deyib: “Bu sənətin öz sirləri var. Deyərdim ki, İlahi vergidir. Mən bunun sirrlərini aça bilmərəm. Amma həqiqət olmasaydı, bu qədər uşaq sağalmazdı”.

Kəmalə xanımın sözlərinə görə, çöpçülərin gördükləri işin müqabilində müştəridən tələb etdikləri məbləğ də o qədər də çox deyil: “Gündə ən azı 7-8 belə xəstəyə baxıram. Uzun illərdir, bu işlə məşğul oluram. Bu illər ərzində bir dəfə də olsun mənə müraciət edən xəstə sağalmamış evinə dönsün. Əlimi uşağın boğaz nahiyyəsinə vuran kimi “çöpü”nün olub-olmadığını bilirəm”.

Haqqında yazdığımız işə el arasında “türkə-çarə” də deyirlər. Həkimlərin isə “türkə-çarə”yə olan münasibətləri bəllidir. Hətta deyərdim ki, Sovet dövründə uzun illər el təbabəti ilə məşğul olanlara qarşı inzibati qaydada mübarizə həyata keçirilirdi. Bu gün isə münasibət bir qədər dəyişib.

Lor həkimi Hafiz Mehdiyev bildirir ki, çöpçülərin gördükləri iş elmə əsaslanmır və xəstələrimizi onların yanına göndərmək düzgün deyil: “Çöpçülər həkimlərin edə bilmədiklərini bacardıqlarını desələr də, əksinədir. Çöpçülüyün elmi əsası olsaydı bu sahədə ciddi araşdırmalar aparılardı. Çöpçünün işi sadəcə buruna üfürməklə uşağın boğaz boşluğunda qalmış qida qırıntılarını çıxartmaqdan ibarətdir”.

Həkim çöpçüyə müraciət etməyin təhlükəsindən də danışıb: “Çöpçüyə getmək qrip, vərəm kimi yoluxucu xətəliklərin uşağa keçməsinə şərait yaradır. Çöpçüyə müraciət etməklə tənəffüsdən keçən qrip, soyuqdəymə, vərəm kimi xəstəliklərin uşaqlara keçməsinə də səbəb oluruq. Öz təcrübəmdən deyə bilərəm ki, bir neçə il əvvəl Bakının rayonlarında fəaliyyət göstərən çöpçüdə vərəm xəstəliyi aşkarlanmışdı. Daha sonra insanlara elan verildi ki, uşaqlarını həmin çöpçüyə aparmasınlar”.

Həkim yemək qalıqları və ya bəzi yad cisimlərin boğazın bir hissəsində qalmasının elmə bəlli olmadığını da etiraf edib: “Boğazda qalan yad maddəni böyüklərdə görmək şansımız daha çoxdur. Uşaqlarda isə bu imkan bir az məhdud olur. Çünki uşaqların boğazındakı boşluqlar dərin olmur”.

Hafiz Mehdiyevin həmkarı pediatr-həkim Şəlalə Nuriyevanın isə bununla bağlı mövqeyi fərqlidir. Onun sözlərinə görə, təbabət qəbul etməsə də, bəzi tibb mütəxəssisləri çöp qalmanın mümkün olduğunu və onun çöpçü tərəfindən çıxarıldığını etiraf edirlər: “Bəzi uşaqlar əllərində olan hər şeyi ağızına qoyur, uda bilmədiyi qidalar boğazdakı boşluqda qalır, infeksiyalaşma baş verir, nəticədə uşaqda səbəbsiz narahatlıq müşahidə edilir”.

Onun sözlərinə görə, burun-udlaq büküşlərində elə yerlər var ki, orada qida qalıqları qaldıqda mədə-bağırsaqda problem yaranır:

“Həmçinin uşaqlarda ürək bulanma, ishal, halsızlıq müşahidə edilir. Çöp çıxarılan kimi bu hallar aradan qalxır. Bu daha çox azyaşlı uşaqlarda, qidanı yaxşı çeynəmədiklərinə görə olur. Bu bayağı səslənsə də, müayinə etdikdən sonra konkret bir səbəb müəyyən etməyəndə çöpçüyə getməyi məsləhət görürük. Lakin hər çöpçüyə etibar etmək olmaz. Pediatr deyir ki, elm bunu qəbul etməsə də, çöp mümkündür”.

Aysel Kərimova






19 Noyabr, 2014  10:10 Baxılıb: 3203 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner