Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Araz-Naxçıvan” AFFA-dan umub?

“Araz-Naxçıvan” futbol klubunun Premyer Liqada iştirakdan imtina etməsini qurum rəhbərliyi hakim ədalətsizliyi ilə bağladı. Lakin məsələnin pərdəarxası məqamlarının olması ilə bağlı müzakirələr hələ də səngimək bilmir.

Ötən gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin məsələ ilə bağlı yekun açıqlamasından sonra isə daha bir xəbər yayılıb.

Simsar.az-a bildirilib ki, “Araz-Naxçıvan” hakim ədalətsizliyindən daha çox kluba çatmalı olan pulun ödənilməməsindən narazıdır.

Belə ki, klub UEFA tərəfindən AFFA-ya ayrılan vəsaitdən onlara heç bir ödəniş edilməməsindən şikayətçidir.

Məsələ ilə bağlı Simsar.az-a açıqlama verən PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev isə xəbərin həqiqətə uyğun olmadığını söyləyib.

PFL rəsmisi deyib ki, UEFA klublara pul ayırmayıb və heç bir qurum klublara pul vermir: “Hər bir klubun öz sponsoru var. Bu sponsor onun bütün maliyyə xərclərini öz üzərinə götürür”.

O, “Araz-Naxçıvan”ın yenidən iştirakını təmin etmək üçün səy göstərdiklərini, lakin klubun qərarında israrlı olduğunu da əlavə edib.

Xatırladaq ki, “Araz-Naxçıvan”ın Premyer Liqada iştirakını dayandırmasından sonra yarışın 9 komanda ilə davam etdirilməsi qərara alınıb.

Vüsal Məmmədzadə






18 Noyabr, 2014  14:52 Baxılıb: 1178 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner