Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Niyə dəfn müavinətlərini alan yoxdur? – ARAŞDIRMA

Azərbaycanda hər il orta hesabla 50 min adam vəfat edir. Bu, həm də 50 min ailə büdcəsinin «dəfn xərci»ndən silkələnməsi deməkdir. Təbii ki, xərclər hər ailəyə və onun çevrəsinə görə dəyişir. Beləcə, bir dəfn və onunla bağlı mərasim 2-3 mindən 50-60 min manatadək vəsait aparır.

Dövlət Sosial Müdafiə Fondu mərhum təqaüdçülər və işləyənlər üçün birdəfəlik müavinət müəyyənləşdirib. Təqaüdçünün ailəsinə 300, işləyən şəxsin doğmalarına 120 manat müavinət ödənir. Ölü yiyəsi həmin məbləği almaqdan ötrü mərhumun ölüm kağızı ilə yanaşı, dəfnin təşkilini təsdiqləyən arayış da təqdim etməlidir.

Ancaq günümüzdə  vətəndaşların əksəriyyəti onlar üşün ayrılmış dəfn müavinətlərindən xəbərsizdirlər. Məlumatlı olanlar isə müraciət etmirlər. Məsələ ilə bağlı mütəxəssislərin fikrini öyrənməyə çalışdıq.

“Dəfn müavinətlərinin verilməsində əsas problem vətəndaşların bu ödənişlərdən məlumatsız olmalarıdır”. Bunu Simsar.az-a açıqlamasında iqtisadçı ekspert İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov deyib. Onun sözlərinə görə, onların bu prosesdən məlumatsız olmaları bəzi hallarda vətəndaşın dəfn müavinəti alma hüququndan məhrum olımasına səbəb olur.

“Dövlət büdcəsinə boş istiqamətdə proqnozlaşdırılmış vəsaitin daxil olmasına gətirib çıxarır”

Dəfn müavinətlərindən istifadənin aşağı səviyyədə olmasının bir səbəbin  milli-mentolitetlə əlaqəlidir. Azərbaycanda həmin pulun alınması dövlət büdcəsindən ayrılır, vətəndaşın isə o puldan istifadə etmə hüququ var. Çünki bu dövlətin həmin vətəndaşa verdiyi qayğıdır. Lakin Azərbaycanda rəhmətə getmiş vətəndaş üçün ayrılmış vəsaitin alınması Azərbaycan mentoliteti tərəfindən heç də birmənalı qarşılanmır.  Bu amil bəzi hallarda dəfn müavinətlərindən məlumatlı vətəndaşın belə, bu hüququndan yayınmasına səbəb olur. Nəticədə həmin vəsait dövlət büdcəsinə boş istiqamətdə proqnozlaşdırılmış vəsaitin daxil olmasına gətirib çıxarır. Çünki insanlarda mentolitet problemi var vətəndaşlar onlara dəfn üçün ayrılmış vəsaitdən istifadəni özlərinə “sığışdırmır”lar.

Təəssüf ki, psixoloji, mentolitet və məlumatsızlıq problemləri bu istiqamətdə yüksək olaraq qalmaqdadır.

“İnsanlar onlara dəfn üçün ayrılmış vəsaitdən istifadəni özlərinə “sığışdırmır”lar”

Vətəndaşların bu vəsaitdən istifadə etmələrinə nəzarət edilməlidir. Birmənalı şəkildə insanların dəfn müavinətləri üçün ayrılmış vəsaitlərdən istifadə etmələri üçün onların məlumatlandırılmasına eyni zamanda onlara həmin vəsaitlərdən istifadə üçün müraciət etmələrinin gərəkli olduğunun izah edilməsinə ehtiyac var. Bir növ psixoloji və mentolitet bariyerlərinin aradan qaldırılması üçün hər bir vətandaşın məlumatlandırılması olduqca vacibdir. Bu prosedurun həyata keçiriləcəyi halda hər bir şəxsin həmin vəsaiti almaları üçün müraciət etmələrinə imkan yaradacaq.

Ekspert onu da bildirdi ki, indiki halda psixolji metod vacibdir. Çünki təcrübə göstərir ki, dövlət qurumlarında dəfn müavinətlərinin ödənilməsi üçün heç bir problem yoxdur:

“Vətəndaş tərəfindən müraciət edilib və tələb olunan sənədlər təqdim olunubsa vəsaitin ödənilməsində hər hansı çətinlik olmur. Başlıca problem budur ki, vətəndaşlar bəzi hallarda həmin vəsaiti almaq üçün müraciət etmirlər.

Problemin aradan qaldırılmasında məlumatlandırma kampaniyasının işi artrılmalıdır. Mətbuat vasitəsilə məlumatlar vətəndaşlara çatdırılmalı, çoxtirajlı bülletenlər buraxılmalıdır.

Məlumatlandırma kampaniyası birmənalı şəkildə mətbuat orqanlarının bu işə cəlb edilməsi yolu ilə həyata keçirilməlidir.”

“Dünyasını dəyişmiş pensiya yaşına çatmamış şəxs əgər işsiz statusu alıbsa, onun ailəsinə müavinət ödənilir”

Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, Nazirlər Kabinetinin 189 saylı əsasnaməsinə görə, dəfn üçün müavinətlər yalnız sığorta olunan və ya əmək pensiyaçıları vəfat etdikdə ödənilir:

“Pensiyaçı vəfat etdikdə pensiyasının baza hissəsinin üç mislində müavinət ödənilir.

Sığortaolunan şəxs vəfat etdikdə eyni hesablamalar aparılır. Pensiya yaşına çatmış şəxs həm də sığorta olunubsa o, dünyasını dəyişdikdə çox olan məbləğ əsas götürülür və müavinət kimi ödənilir.

Mütəxəssis onu da bildirdi ki, dünyasını dəyişmiş pensiya yaşına çatmamış şəxs əgər işsiz statusu alıbsa, onun ailəsinə müavinət ödənilir.

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, dəfn üçün müavinət 100 manat məbləğində nəzərdə tutulub. Bu məbləğ Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilir. Söhbət işsiz statusu almış və ya ünvanlı sosial yardım alan şəxsin vəfatına görə ödənilən müavinətdən gedir.

Onu da bildirək ki, bir neçə ay öncə Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşlar arasında müzakirə mövzusuna çevrilən sığortaolunanların və əmək pensiyaçılarının vəfatı ilə əlaqədar dəfn müavinətinin məbləği məsələsinə aydınlıq gətirmişdi.

DSMF aparatının Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev mətbuata açıqlamasında hazırda sığortaolunanların vəfatı ilə əlaqədar dəfn xərcinin məbləği 120 manat təşkil etdiyini bildirmişdi. Əmək pensiyaçısı vəfat etdikdə isə onun ailəsinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir. “Hazırda yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat təşkil etdiyindən, 300 manat məbləğində dəfn üçün müavinət verilir. Bəzən vətəndaşlar tərəfindən dəfn üçün müavinət vəfat edənin əmək pensiyasının tam məbləğinin üç misli başa düşülür” – E. Məmmədəliyev bildirmişdi.

Onun sözlərinə görə, bəzi hallarda əmək pensiyaçısının vəfatı barədə məlumat onun ailə üzvləri tərəfindən DSMF-nin yerli orqanına vaxtında verilmir və əmək pensiyaçısının plastik kartı vasitəsilə aylıq pensiyalar alınmaqda davam edir.

“Bu cür hallarda dəfn üçün müavinətin ödənilməsi üçün müraciət edildikdə artıq ödənilmiş pensiya məbləğinin tutularaq, DSMF-nin hesabına bərpası aparılır. Təəssüf ki, bu hal bəzən vətəndaşlar tərəfindən dəfn müavinətinin az məbləğdə verilməsi kimi başa düşülür. Halbuki burada dəfn müavinəti düzgün hesablanır və DSMF orqanı artıq ödənmiş məbləğin tutulmasına cavabdehdir. Buna görə də ümumi məbləğdən artıq alınmış həmin vəsait tutularaq köçürülür. Artıq alınmış pensiya məbləğinin qanunvericiliyə əsasən tutulması dəfn xərcinin azaldılması kimi şərh olunmamalıdır”.

 

Aysel Kərimova







18 Noyabr, 2014  11:32 Baxılıb: 4625 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner