Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“2G/3G over LTE” şəbəkəsi istifadəyə verildi – İLK

Cənubi Koreyanın “SK Telecom” telekommunikasiya operatoru “LTE” şəbəkəsində “2G” və “3G” xidmətlərinin daxil olduğu dünyanın ilk “2G/3G over LTE” texnologiyasının kommersiya istifadəsinə verməsini bəyan edib. Simsar.az-ın məlumatına görə,  operator ümid edir ki, texnologiya şirkətin servislərinin stabilliyini yüksəldəcək, şəbəkə potensialını və iş imkanlarını artıracaq.

Nəzərdə tutulur ki, təkmilləşdirilmiş stabilliyə texnologiyanın “LTE”-dən stasionar “2G/3G” infrastruktur əvəzinə tranzit “Backhaul” (informasiyanın sonradan internet kanalları üzrə yayılması üçün bir yerdə cəmləşməsi) kimi istifadə etməsi sayəsində nail olunacaq. Məsələn, stasionar şəbəkə yol çəkilişi və ya təbii fəlakətlər zamanı zədələnsə belə, “2G” və “3G” abunəçilərinə xidmət “LTE” şəbəkəsi vasitəsilə bərpa olunacaq.

“SK Telecom” onu da bəyan edib ki, bu texnologiyanın köməyi ilə “LTE” şəbəkəsi mobil operatorlar tərəfindən adətən fövqəladə hallar üçün inşa edilən əlavə optik-lif məlumat ötürmə xətlərini əvəz edə bilər. Texnologiya həmçinin stasionar infrastruktur problemləri ilə üzləşənlərə yardımçı olacaq.

“2G/3G over LTE” texnologiyası ilə “SK Telecom”un "2G” və “3G” abunəçiləri daha stabil və fasiləsiz xidmətlə təmin olunacaqlar”, - Cənubi Koreya operatorunun mühəndis şəbəkələrinin rəisi Çoy Von bildirib.

Bildirilir ki, yeni texnologiya “2G/3G” səsli şəbəkəsinin yalnız məlumatların ötürülməsi üçün nəzərdə tutulan “LTE” şəbəkəsinə qoşulması problemi aradan qaldırıldıqdan sonra uğurla inkişaf etdirilib. Operator 2016-cı ilədək texnologiyanın 600 baza stansiyası əsasında inkişaf etdirməyi planlaşdırır.

“SK Telecom” həmçinin bildirir ki, 2013-cü ilin iyununda “LTE Advanced” şəbəkəsini kommersiya istifadəsinə verən ilk operator olub.







17 Noyabr, 2014  19:20 Baxılıb: 1149 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner