Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Rəqsanə polisi döydü -VİDEO

Allah haqqı, qiyamət olub!

Aprelin 17-də Siyəzən rayonunun “Zarat” ərazisində yerləşən polis postunda müğənni Rəqsanənin getdiyi avtomobil Dövlət Yol Polisləri tərəfindən saxlanılıb. Bu barədə Simsar.az -a müğənnin prodüseri Təranə Səmədova məlumat verib. Onun sözlərinə görə, polislər avtomobildə olan hər kəsi döyüblər: “Başımıza oyun gəlib. O qədər halsızıq ki, heç danışa bilmirik. Maşınımızı səbəbsiz saxladılar. Hamımızı basıb-döyüblər.

Heç nə, kiminsə kefi yüksəlib, Rəqsanənin getdiyi maşın saxlanılsın! Heç nə deməmişdik. Sürücünü maşından zorla dartıb çıxardılar, döydülər. Sonra məni döydülər. Rəqsanə isə başladı telefona çəkməyə. Gəlib onun əlindən telefonu alıb, materialları silib, sonra onu da döyüblər. Allah haqqı, qiyamət olub! Nə gündəyik... Mənim üzüm pis gündədir. Rəqsanənin bədənini görsəniz, havalanarsınız. Allaha qurban olum, bu nə işlərdir başımıza gəlir?! İndi Bakıya gəlirik”.

Baş vermiş hadisə ilə bağlı ekspertizaya müraciət olunub.

Prodüserin iddialarına görə, onları döyən şəxs  polis geyimində olub.
 
Rəqsanə Simsar.az -a açıqlamasında bildirib ki, hazırda faktla bağlı Siyəzən Polis İdarəsində dindirilir. 

Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Day.Az"a verdiyi açıqlamasında döyülməklə bağlı iddiaların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, günah qarşı tərəfdə olub: “Bəli, hadisə dediyiniz ərazidə baş verib. Sürücüdən başqa avtomobildə müğənni Rəqsanə və onun prodüseri olub. Saxlanılmaqlarının səbəbi avtomobilin şüşələrinə “plönka” vurmaqları olub. Bu, Azərbaycan Respublikasının “Yol hərəkəti qaydaları haqqında" qanununaziddir. Belə hallarda maşının şüşələrindən “plönkalar” çıxarılır və sürücü cərimə olunur.  Amma bu dəfə müğənnin sürücüsü polislərə tabe olmadı və fiziki güc nümayiş etdirdi. Elə buna görə, o, Siyəzən rayonda yerləşən polis bölməsinə aparıldı”.
Onun sözlərinə görə, avtomobilin sürücüsünə və maşında olanlara qarşı heç bir zorakılıq tətbiq olunmayıb.

"Rəqsanəyə qarşı zorakılıq olduğu barədə deyilənlər, iddialar tamamilə əsassızdır və həqiqətə uyğuün deyil. Axı harada görünüb ki, Dövlət Yol Polisinin əməkdaşı qadına əl qaldırsın?!" - K.Əliyev dedi.

 






18 Aprel, 2011  17:16 Baxılıb: 4594 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner