Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Təbiətin qanununu pozan suni uşaq qidaları - ARAŞDIRMA

Azərbaycanda körpələrini yalnız ana südü ilə qidalandıran valideynlərə az rast gəlinir. Artıq iş o yerə çatıb ki, uşağını pediatra aparan analar həkimin təyinatı üzrə müalicə ilə yanaşı, həm də körpələrinin qidasını da dəyişməli olurlar. Mütəxəssislər mövcud problemin müxtəlif xəstəliklərə səbəb olduğu haqda da az danışmayıblar. Lakin obyektiv və subyektiv səbəblərdən körpələrin  ana südü ilə qidalanması problem olaraq qalmaqdadır. Narahatedici məqamlardan biri isə qidaların kimyəvi tərkibli məhsullardan hazırlanması və genetik modifikasiya olunmuş komponentlərlə bol olmasıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Simsar.az-a açıqlamasında deyib ki, təmsil olunduğu qurum ölkədə süni qidalarla bağlı bir çox şikayətlərin olduğundan narahatdır.

Onun sözlərinə görə, Azərbyacanda doğum evlərində analara suni qidalar təklif olunur: “Ciddi problemlərdən biri suni qida distribütorlarının pediatrlarla əməkdaşlıq etməsidir. Distribütorlar pediatrlarla mütəmadi əlaqəda olurlar. Bununla da pediatrlar süni qidaların satışının Azərbaycanda yayılmasına şərait yaradırlar.

Azərbyacanda ana südü ilə qidalanmanın faizi Avropa və MDB ölkələrindən olduqca aşağıdır. Hesab edirəm ki, distribütorların pediatrlarla əlaqələri məhdudlaşdırılmalıdır”.

E.Hüseynov suni qidaların tərkibinin genetik modifikasiya olunmuş ərzaqlardan ibarət olduğunu da deyib: “Bu qidaların tərkibi çox mürəkkəb olduğundan onların yoxlanılması çətindir. Azərbaycanda belə analizləri aparacaq labrotoriya olmadığından bu məhsulların tərkibi haqqında dəqiq məlumatlar yoxdur”.

Respublikanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev Simsar.az-a açıqlamasında deyib ki, uşaqlar üçün ən ideal qida ana südüdür:

“Suni qidalar inək südünün bazasında hazırlanan qidalardır. Təbiətin belə bir qanunu var ki, canlının hasil etdiyi qida onun maksimum özü üçün spesifik və maksimum adekvatdır. Bu o deməkdir ki, inəyin südünü insanın balasına vermək olmaz. Biologiyada buna bioloji katastrof deyirlər. Bunlar sübuta ehtiyacı olmayan aksiomlardır. Amma təssüflər olsun ki, insanlar öz-özlərinə problem yaradırlar. Ona görə ki, təbiətin qanunlarını pozurlar”.

N. Quliyev bildirib ki, pediatr uşağa süni qida verilməsini məsləhət görürsə, bu, həkimin savadının aşağı olmasını göstərir: “Uşağı müayinə edən pediatr analara ancaq onu tövsiyə etməlidir ki, ilk altı ayadək övladını yalnız ana südü ilə qidalandırsın. Altı aydan sonra isə ana südü ilə yanaşı əlavə qidalar da vermək olar. Bu qidalar isə, yumurta sarısı, mannı və digər sıyıqlar ola bilər. Daha yaxşı olardı ki, bu qidalar da mağazalarda satılan hazır yox, ev şəraitində hazırlanan qidalar olsun. Ağıllı analar uşaqlarına konservantlarla konserviləşdirilib uzun müddətli istifadəyə yararı olan qablaşdırılmış uşaq yeməkləri vermirlər”.

Baş pediatrın sözlərinə görə, mütəmadi olaraq həkimlərə məsləhət verilir ki, analara süni qidalardan istifadə etməyi tövsiyə etməsinlər: “Təəssüf olsun ki, insanların şüurunu və fikirlərini dəyişmək elə də asan deyil. İstər dövlət, istər də özəl tibb müəssisələrində savaddan kənar, həkim humanistliyini və vətənpərvərliyini itirən, vicdanlarında problem olan insanlar bəzi firmalarla iş birliyinə gedir. Biz onları daim pisləyir və buna qarşı mübarizə aparırıq”.

N. Quliyev ananın südünün olmaması ilə bağlı deyilən fikirləri mənfi qarşılayır: “Ana bətninə uşaq düşən gündən ananın orqanizmində və döş vəzisində müəyyən dəyişikliklər baş verir. Uşaq anadan doğulan gündən döş vəziləri də işləyir və süd gəlir. Hər bir ana çalışmalıdır ki, uşağını ana südündən məhrum etməsin. Həkimdən asılı olmayan səbəbdən ana körpəsinə süd verməkdən imtina edibsə, bu zaman resept formasında suni qida qarışığından körpəyə uyğun gələn yazılmalıdır”.

Səhiyyə Nazirliyi Respubika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayevin sözlərinə görə, mütəmadi olaraq satışdan götürülən uşaq qidalarının nümunələri üzərində laborator müayinələr aparılır. Onların tərkibi - təhlükəsizlik göstəriciləri, bakterioloji, toksikoloji göstəriciləri yoxlanılır. Monitorinqlərin cavabları noyabrın sonunda açıqlanacaq”.

Bu yoxlamaların hər il aparıldığını deyən bölmə müdirinin sözlərinə görə,  bu il GEM-ə suni uşaq qidasının tərkibi ilə bağlı 1 fakt daxil olub. Bu isə əsaslandırılmış fakt olmadığından vətəndaşın şikayəti geri qaytarılıb.

İ. Abdullayev deyib ki, uşaq qidaları ilə bağlı problemlər yalnız satış məntəqələrində bu məhsulların saxlanılma şəraiti ilə bağlı ola bilər: “Satış yerləri qaneedici olmayan mağazalardan da götürülən nümunələr müayinə olunub. Lakin onların da tərkibində heç bir dəyişikliklər aşkarlanmayıb. Çünki bu qidaların qablaşdırlmasında işıq, su keçirməyən falqalardan istifadə edildiyindən qutuların içərisində olan məhsul qorunur”.

İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Abbas Əliyev mütəmadi olaraq istehlak bazarında nəzarət tədbirlərinin həyata keçirildiyini bildirib: “Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə uşaq qidaları ilə bağlı istehlakçılara öz tövsiyələrini verib. Bildirilib ki, uşaq qidası kimi istifadə olunan müxtəlif növ konservlərə süni boyalar və sintetik aromatlaşdırıcı maddələrin əlavə edilməsi yol verilməzdir”.

A.Əliyev bu sahədə istehlakçılar arasında maarifləndirmə tədbirlərinin aparıldığını da deyib.

Qurum rəsmisi əlavə edib ki, istehlakçılar hər-hansı neqativ halla rastlaşdıqları zaman Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 498 15 01, 498 15 04 eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin 195 telefon Məlumat mərkkəzinə məlumat verə bilərlər.

Aysel Kərimova

 

 

 

 

 

 

 

 






14 Noyabr, 2014  09:00 Baxılıb: 1627 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner