Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əfsanəvi türk güləşçisinin məzarını axtaracaqlar

Türkiyədə əfsanəvi güləş ustalarından biri olan və 1898-ci ildə Amerikadan qayıdan zaman bir dəniz qəzasında həyatını itirən pəhlivan Koca Yusufun (Yusif İsmayıl) məzarının təsbiti üçün axtarış işlərinə başlanılacaq.

Simsar.az xəbər verir ki, güləş idman növündə araşdırmaları ilə diqqət çəkən və Qurddərəli Məhmət Pəhlivanın həyatından bəhs edən filmin rejissorluğunu edən Ercan Yesari Yigit bir başqa əfsanəvi güləşçinin Koca Yusufun məzarının tapılması üçün Portuqaliyanın Azor adalarında araşdırma aparacaq.

Mövzu ilə bağlı mətbuata açıqlama verən Yigit, keçmiş dövrlərdə də gündəmə gələn Koca Yusufun məzarının Azor adalarında olduğu iddiasını təsdiq edərək, yaxın vaxtlarda bu bölgəyə gedərək Koca Yusufun məzarını tapmaq istədiyini söyləyib. Ercan Yesari pəhlivanın məzarının yad ölkədə olmasının onu bir tarixçi kimi narahat etdiyini bildirib: “O böyük insanın nəşini Qurddərəli Məhmət Pəhlivanın yanında dəfn etmək mənim ən böyük arzumdur” deyib.

1857- ci ildə Bolqarıstanda doğulan əfsanəvi güləşçi, 1894- cü ildən etibarən Avropa və ABŞ-da dövrün ən məşhur güləşçiləri ilə müsabiqələrdə yarışıb. 1898-ci ildə Türkiyəyə qayıdan Koca Yusufun mindiyi  Fransaya məxsus La Bourgogne gəmisi ilə Nyu Yorkun şimal -şərqində İngiltərəyə məxsus  gəminin toqquşması nəticəsində diqər sərnişinlərlə birlikdə boğularaq ölüb.

Günel







13 Noyabr, 2014  19:15 Baxılıb: 1301 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner