Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Eurovision-2011” təmsilçilərimiz Maltadan başladılar

Yaxın günlərdə Sankt-Peterburq, Tallin və San-Marinoya səfər edəcəklər

Azərbaycanın “Eurovision-2011” Mahnı Müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal tanışlıq turu çərçivəsində ilk səfərlərini aprelin 15-də Maltaya edib. 

İctimai Teleradionun ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az -a verilən məlumata görə, Malta televiziyasında olan təmsilçilərimiz mayın 10-da Almaniyanın Düsseldorf şəhərində “Eurovision” səhnəsində ifa edəcəkləri “Running Scared” mahnısı ilə çıxış ediblər.

Daha sonra Maltanın Eurovision təmsilçisi Qlen Vellanın CD-lərin imzalanması mərasimində iştirak edən Eldar və Nigar yerli “PBS news”, “Malta Sundey Times” və digər media mənsublarına müsahibə veriblər. Maltaya ilk dəfə səfər etdiklərini deyən Eldar və Nigar buranın gözəl təbiət mənzərələrinə, zəngin mədəniyyətinə və qonaqpərvər insanlarına heyran olduqlarını bildiriblər.

Eldar və Nigar “Running Scared” mahnısının Maltada müsbət təəssürat yaratdığını deyiblər: “Burada uzun müddət qalmaq istərdim, amma qarşıda bizi Sankt-Perterburq gözləyir. Bu isti münasibətə və qarşılanmaya, eyni zaman dəstəyə görə sizlərə təşəkkür edirik”.

Xatırladaq ki, “Eurovision” təmsilçilərimiz tanışlıq turu çərçivəsində yaxın günlərdə Sankt-Peterburq, Tallin və San-Marinoya səfər edəcəklər.






17 Aprel, 2011  03:59 Baxılıb: 1388 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner