Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Həkimlərə və müəllimlərə yaxşı xəbər

Büdcəyə dəyişikliklər olarsa...

Azərbaycanın dövlət büdcəsinə gözlənilən dəyişikliklər zamanı ilk növbədə büdcə təşkilatlarında çalışanların əmək haqqı və pensiyalarla yanaşı, tələbələr və digər kateqoriyalar üçün müavinətlərin də artırılması nəzərdə tutulur.

Maliyyə Nazirliyindən Simsar.az -a verilən məlumata görə, büdcəyə ediləcək dəyişiklik nəticəsində dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda, o cümlədən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi sferasında çalışanların əmək haqları artırılacaq. Maaşların artımı hərbi qulluqçuları, xüsusi rütbəli əməkdaşları və digər işçiləri də əhatə edəcək.

Bundan başqa, büdcəyə dəyişiklik nəticəsində demək olar ki, bütün müavinətlərin və təqaüdlərin artımı gözlənilir. Bura yaşa, əlilliyə, ailə başçısını itirməyə, uşağın anadan olmasına görə, müharibə veteranlarına verilən müavinətlər, eləcə də məcburi köçkünlərə verilən yemək xərcinin, şəhid ailəsi və müharibə əlilləri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və digər sosial ödənişlərin və müavinətlərin artırılması daxildir.

Bundan əlavə, nazirliyin məlumatına görə, ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara verilən təqaüdlərin artırılması nəzərdə tutulur. Bütövlükdə büdcənin dəqiqləşməsi çərçivəsində nəzərdə tutulan sosial müdafiə tədbirləri təxminən 3 mln. nəfərə şamil ediləcək.

Dəqiqləşmə zamanı əhalinin sosial müdafiəsində xüsusi əhəmiyyət kəsb edən bir sıra sosial və infrastruktur layihələrinin maliyyə təminatı üçün də əlavə vəsait ayrılacaq. Belə ki, qəza vəziyyətində olan bir sıra məktəblərdə əsaslı təmir, tikinti və bərpa-gücləndirmə işlərinin yerinə yetirilməsinə, tələbələr üçün müasir yataqxanaların tikintisinə, respublikanın şəhər və rayonlarında qazlaşma proqramının həyata keçirilməsi və bu işlərin sürətləndirilməsi, elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidənqurulmasına vəsait ayrılacaq.

Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi və yeni proqramın hazırlanması, o cümlədən Bakı kəndlərinin yollarının tikintisi, respublikanın digər regionlarında kəndlərarası yolların tikintisi və əsaslı təmiri üçün də nəzərəçarpacaq məbləğdə vəsait ayrılacaq. Nazirlikdən bildirilib ki, büdcənin dəqiqləşdirilməsi zamanı Ələt qəsəbəsində inşa olunan beynəlxalq dəniz limanının tikintisi üçün də əlavə vəsaitin ayrılması nəzərdə tutulur.






16 Aprel, 2011  19:20 Baxılıb: 1473 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner