Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Evi uçan şəhid ailəsi çarəsiz qalıb – Hacıqabulda

“İcra hakimiyyətindən bizə tapşırdılar ki, soruşan olsa deyin, bizə yaxşı baxırlar”.

Hacıqabul rayon İcra Hakimiyyəti şəhid ailələrinə qarşı diqqətsizliyi israrla davam etdirir. Simsar.az-a Hacıqabul rayonundan daha bir şəhid ailəsinin evinin yarasız vəziyyətdə olmasıyla bağlı şikayət daxil olub.

Belə ki, Hacıqabul rayonu Məmmədəmin Rəsulzadə 29 ünvanında yaşayan, şəhid atası Süleymanov Salman evlərinin yararsız vəziyyətdə olduğunu bildirib. Şəhid atası problemlə bağlı rayon icra hakimiyyətinə müraciət etdiklərini, lakin  onlara heç bir köməklik göstərilmədiyini qeyd edib.

“Evimizin bir tərəfi uçdu. Təmir edə bilmək üçün bankdan kredit götürdüm. Ancaq tam təmir etməyə pulumuz yetmədi. Evin təmirinə kömək etmələri üçün, oktyabr ayının 15-i icra hakimiyyətinə məktub yazdıq, evin şəkillərini də çəkib göndərdik. Amma müraciətimizə məhəl qoyan olmadı”.

S. Süleymanov onu da bildirdi ki, icra hakimiyyətinin nümayəndəsi onların evinə gələrək, kimsəyə şikayət etməmələrini tapşırıb. “Oktyabrda Hacıqabula şəhid gətirilmişdi. Bir neçə jurnalist də gəlmişdi. Həmin gün icra hakimiyyətinin nümayəndəsi gəlib bizə tapşırdı ki, əgər jurnalistlər sizi sorğu-sual etsələr, deyin ki, icra hakimiyyəti bizə yaxşı baxır”.

Qeyd edək ki, şikayətçinin oğlu Süleymanov Fərman Salman oğlu, 2000-ci ildə Tərtər rayonunda şəhid olub.

Vüsal Qarayev







11 Noyabr, 2014  12:50 Baxılıb: 1158 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner