Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Azərbaycanın 50 ildən sonra atom enerjisindən istifadəyə ehtiyacı yaranacaq”

Radiasiya Problemləri İnstitutunun direktoru: “Nüvə enerjisindən istifadə hər bir ölkənin suveren hüququdur"

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspert qrupu Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasında (AES) ekspertiza aparmaq məqsədilə mayın 14-də həmin ölkəyə səfər edəcəklər.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. Onun sözlərinə görə, bu ekspertiza stansiyanın iş rejimi ilə tanışlıq məqsədi daşıyacaq.

Belə ekspertizaların 4-5 ildən bir keçirildiyini deyən institut direktoru onun nəticələrindən asılı olaraq, stansiya ilə bağlı Azərbaycanı qane edəcək hər hansı addımın atılacağına ümid etmədiyini də söyləyib: “Nüvə enerjisindən istifadə hər bir ölkənin suveren hüququdur. Amma biz təklif edirik ki, bu məsələyə yenidən baxılsın. Baş verə biləcək qəza nəticəsində qonşu ölkələrə zərərin hansı formada dəyə biləcəyini müəyyənləşdirmək üçün ilk növbədə nüvə reaktorlarının ətraf mühitə təsiri faktı öyrənilməlidir. Zərərin təsirini görə biləcək qonşu ölkələrin razılığı olmaq şərti ilə isə atom elektrik qurğuları tikilməlidir”.

A. Qəribov deyib ki, hazırda dünyada 150-160 milyard ton neft, 160 trilyon kubmetr qaz ehtiyatı var: “Biz ildə 3,5-3,2 milyard ton neft, 3 milyard kubmetrə yaxın qaz istehsal edirik. Yəqin ki, Azərbaycanda da təxminən 50 ildən sonra atom enerjisindən istifadəyə ehtiyac yaranacaq”.






15 Aprel, 2011  21:35 Baxılıb: 1424 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


sagbanner