Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan Qazaxıstana yanacaq satmaqdan imtina etdi

“Qazaxıstanın daxili bazarında vəziyyətin normallaşması üçün yanacaq tədarükü Belarus Respublikasından həyata keçiriləcək. Azərbaycandan Qazaxıstana benzin tədarükü sual altındadır”.

Simsar.az xəbər verir ki, bu barədə "Kazmunayqaz - emal və marketinq" ASC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, göstərilən müqavilə çərçivəsində oktyabrın 14-də 3 min ton “Aİ-92” markalı benzinin idxalı üçün avans ödəniş edilib. Müqavilənin şərtlərinə görə ödənilən məbləğin verilməsi bu ilin noyabr ayının 10-a qədər başa çatmalıdır. Hazırda Azərbaycan yüksək oktanlı neft məhsullarının ixracına müvəqqəti məhdudiyyətlər qoyub. Amma şirkət məhdudiyyətlərdən sonra neft məhsullarının müəyyən miqdarda çatdırılması üçün hazır olduğunu təsdiqləmir. Müqaviləni pozmaq və geri qaytarmaq üçün müvafiq prosedurlar həyata keçiriləcək.

"Kazmunayqaz - emal və marketinq" ASC Qazaxıstan hökuməti tərəfindən qəbul edilmiş qanun çərçivədə bu il daxili bazarda vəziyyətin normallaşdırılması tədbirləri həyata keçirir. Oktyabrın 10-da, Qazaxıstan altı min ton həcmində “Aİ-92” markal benzininin təchizatı üçün Azərbaycanla müqavilə imzalayıb. Azərbaycanda məhdudiyyətlərin tətbiqi Qazaxıstanın yanacaq bazarı üçün mənfi nəticələrə səbəb olmayacaq" - şirkət bildirib.

Neft məhsullarının daxili bazarının tələbatını ödəmək üçün hazırda Rusiya və Belarusun neftayırma zavodlarından 37.2 min ton benzin tədarük ediləcək.

Hüseyn İbadlı







1 Noyabr, 2014  15:25 Baxılıb: 929 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner