Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Məhərrəmlikdə toy etmək olarmı? – SORĞU

Artıq bir neçə gündür Hicri-qəməri təqvimi ilə İslam aləmində Məhərrəm ayı başlayıb. Bu ayda toy etmək, nişan  və şənlik keçirilməsi ilə bağlı ölkə mediasında fərqli fikirlər səsləndirilib. Bir neçə gün öncə ilahiyyatçı Elşad Miri də bildirib ki, Məhərrəmlikdə toy etmək olar. O, bu fikirləri “Qurani-Kərim”ə əsaslanaraq söylədiyini qeyd edib.

Simsar.az bu məsələ ilə bağlı bəzi ictimai-siyasi xadimlərin fikrini öyrənib.

Sorğumuza cavab verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, dini məsələlər üzrə mütəxəsis olmadığı üçün Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) verdiyi rəylə razılaşır: “Bu, sırf dini məsələdir. Mütəxəssis olmadığım üçün hər hansı bir fikir söyləyə bilmərəm”.

Aşuranın qeyri-iş günü olması ilə bağlı təklif irəli sürən Milli Məclisin sabiq deputatı Pənah Hüseyn isə hesab edir ki, Məhərrəmlikdə toy etmək məsələsini gündəmə gətirib, insanları biri-birinə qarşı qoymağın nə İslama, nə məzhəbçiliyə, nə də dövlətə heç bir xeyri yoxdur: “Bu məsələni çox şişirib, qaşınmayan yerdən qan çıxarmağa ehtiyac yoxdur. Bu, olduqca həss məsələdir. Elə etməliyik ki, xalqımız ziyan çəkməsin”.

Özünün “Ginnesin rekordlar kitabı”na namizəd olduğunu iddia edən Sərdar Cəlaloğlu isə tamam fərqli mövqedədir. Azərbaycan Demokrat Partiyasının (ADP) sədrinin fikrincə Məhərrəmliyin fəlsəfəsi “Qurani-Kərim”in məntiqinə ziddir: “Məhərrəmlikdə toy etməkdə qəbahət yoxdur. Mən bu məsələyə başqa rakursdan yanaşıram. “Qurani-Kərim”in özündə də bildirilir ki, dəstələrə, təriqətlərə, məhzəblərə ayrılmaq Allahın bəyənmədiyi hərəkətdir. Bir-biri ilə vuruşmağı, ədavət aparmağı, “Qurani-Kərim”in ayələrini yersiz mübahisə predmentinə çevirməyi Allah qadağan edib. O cümlədən Sünniliyin, Şiəliyin, Ələviliyin yaranması “Qurani-Kərim”ə ziddir. Bunlar Allahın sevmədiyi işlərdir”.

Sonda bunu vurğulamaq yerinə düşər ki, ümumilikdə “Məhərrəmlikdə toy etmək olar” – prinsipini qəbul edənlərin heç biri bu toyu özləri öz ailələrində etmək istəmirlər. İndiyə qədər bu tip fikirlər çox səsləndirilsə də, heç kimin bu fikrə əməldə sadiq qalması görünməyib.

Hüseyn İbadlı







1 Noyabr, 2014  14:10 Baxılıb: 1964 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner