Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qanunsuz “ovçular” 1000 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədi ilə növbəti reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, oktyabrın 29-da keçirilmiş reydlər zamanı Zaqatala rayonunun Valdar kəndi ərazisində və Ağcabədi rayonunun Avşar kəndi ərazisində qanunsuz ovla məşğul olan şəxslər saxlanılıblar. Qanunsuz ov edən Valdar kənd sakini Vüsal Əliyev və Ağcabədi şəhər sakini Həsən Məmmədovdan 2 ov tüfəngi və 29 ədəd patron götürülüb.

Oktyabrın 30-da isə Samux Dövlət Ovçuluq Təsərrüfatının ərazisində Şəmkir rayonunun Kür qəsəbəsi sakini Rüfət Hüseynov və Bakı şəhər sakini Elnur Salahovun qanunsuz ov etdikləri aşkar edilib. Onlardan 2 ov tüfəngi və 4 ədəd patron götürülüb.

Oktyabrın 31-də keçirilmiş reydlər zamanı Korçay Dövlət Təbiət Qoruğu ərazisində Goranboy rayonunun Qazaxlar kənd sakini Mahir Xəlilov və Ağgöl Milli Parkının ərazisində İmişli rayonunun Yalavac kənd sakini Gürşad Əliyev qanunsuz ov etdikləri üçün saxlanılaraq onlardan 2 ov tüfəngi və 2 ədəd patron götürülüb.

Üç gün ərzində inzibati xətaya yol vermiş qanun pozucuları barəsində müvafiq qaydada akt və protokollar tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə reydlər davam etdirilir.







1 Noyabr, 2014  12:14 Baxılıb: 822 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner