Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İtgin düşən 200 nəfər üçün son çarə təlim itləri oldu

Musson yağışları zamanı baş verən torpaq sürüşməsi nəticəsində tarixin ən böyük fəlakətlərindən birini yaşayan Şri-Lankada torpaq altında qalanların axtarışına təlim görmüş itlər cəlb olundu.

Çərşəmbə günü paytaxt Kolumbiyanın 190 kilomterliyindəki Haldumulla kəndi tamamilə torpaq altında qalmışdı. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, güclü yağış səbəbindən arası kəsilən axtarışlara dünəndən start verilib. 100 nəfərin itgin düşdüyünü açıqlayan səlahiyyətli şəxslər tonlarla palçığın toplandığı sahəni təlim almış itlər sayəsində axtardıqlarını bildirib.  Yerli xalq isə itginlərin sayının 200 olduğunu deyir. Kənddə yaşayan 227 nəfərin təbii fəlakər baş verdiyi zaman ya məktəbdə, ya da işdə olduqları üçün həyatda qaldıqlarını bildirən Şri-Lanka Təbii Koordinasiya Mərkəzinin nümayəndəsi, həftə sonundan etibarən iş maşınlarının axtarış işlərinə başlayacağını qeyd edib. Musson yağışı mövsümünün davam etdiyi ölkədə çay tarlalarında işləyən və təhlükə altında olan 200 nəfər məktəb və idarələrə sığınıblar.

Qeyd edək ki, Şri-Lankanın son illərdə yaşadığı ən ağır fəlakət, 2004-cü ildə 31000 insanın ölümünə səbəb olan sunami faciəsi idi.

Günel

 






1 Noyabr, 2014  10:46 Baxılıb: 845 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner