Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Deputata kəlbəcərli girovun evində - FOTO

Milli Məclisin deputatı Aydın Mirzəzadə bu gün Ermənistan Silahlı Qüvvələri tərəfindən yaxınlarının Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ailəsində olub.

Simsar.az xəbər verir ki, bu barədə deputat öz “Facebook” səhifəsində məlumat verib.

O bildirib ki, Şahbaz Quliyevin evinə yaxın qohumu Ramizlə birlikdə gedib: “Şahbazın öz evi yoxdur, ailəsi kirayədə yaşayır. Evin şəraitindən zəhmət ailəsi olduğu görünür. Şahbaz uzun müddət Rusiyada yaşayıb, gec ailə qurub, indi yoldaşı və qızı Elza onun yolunu gözləyirlər. Torpağa çox bağlı bir insan olduğunu söylədilər, qorxmaz, cəsartli bir insandır. Evdə hara getdiyindən xəbərləri olmayıb. Ailə ilə yaxın qohumları yaxından maraqlanırlar. Şahbazın anası və qızı bu günlərə qədər onun taleyindən xəbərləri olmayıb. Onun ailəsi bildirib ki, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun onlarla daima maraqlanır”.

Deputat deyib ki, həyat yoldaşına və qohumuna Şahbaz Quliyevin və Dilqəm Həsənovun taleyi ilə hər kəsin maraqlandığını və Azərbaycan dövlətinin öz oğluna sahib çıxdığını söyləyib:

“Ailə üzvləri onun üzərində qurulmuş saxta məhkəmədən narahat olduqlarını bildirdilər. Şahbazın həyat yoldaşı və Diləqəm Əsgərovun Rusiya vətəndaşları olmasına baxmayaraq Rusiyanın onların taleyi ilə maraqlanmadığını da dilə gətirdilər. Ailə üzvləri Şahbaz və Dilqəmin sağlamlığından ciddi narahat olduqları da bildirdilər. Hadisə baş verənə qədər 140 kiloqram çəkisi olan Şahbazın “məhkəmə” görüntüləri onlara normal baxmadıqlarından xəbər verir”.

Hüseyn







31 Oktyabr, 2014  15:22 Baxılıb: 651 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner