Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək

Noyabrın 5-6-da III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

Simsar.az xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrında “Teatr sənətinin multikulturalizm – universal dəyərlər sistemində yeri” mövzusunda gerçəkləşəcək konfransa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) yaradıcı və texniki heyəti çox ciddi şəkildə hazırlaşır.

Teatrın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar Artist Mübariz Həmidov həm də sözügedən konfransın təşkilat komitəsinin üzvüdür.

Konfransla bağlı fikirlərini bölüşən Mübariz Həmidov bildirib ki, dünyanın 40-dan çox ölkəsindən 120-dən artıq nümayəndənin iştirakının nəzərdə tutulduğu konfransda teatrımız 35 nəfərlik yaradıcı heyətlə təmsil olunacaq.

Qeyd edib ki, ADGTT dünyaca məşhur olan Beynəlxalq ASSİTEJ-in üzvüdür. Ötən konfranslarda olduğu kimi, ASSİTEJ-in prezidenti İvetta Hardi Üçüncü Bakı Beynəlxalq Teatr Konfransında da iştirak edəcək. Bundan başqa, konfransda ASSİTEJ-in digər ölkələr üzrə milli mərkəzləri rəhbərlərinin də iştirakı nəzərdə tutulub. Konfrans çərçivəsində ADGTT ASSİTEJ - Azərbaycan Milli Mərkəzi olaraq Beynəlxalq ASSİTEJ-in prezidenti, Milli Mərkəzin idarə heyəti və üzvləri ilə birgə görüş keçirəcək.

Teatrımız noyabrın 1–dən 10-dək xüsusi olaraq repertuarında olan maraqlı tamaşalarını konfrans iştirakçılarına və qonaqlara təqdim edəcək. Bunlar Oskar mükafatçısı Martin Makdonaxın “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” və “Konnemarada bir kəllə”, Uilyam Şekspirin “Romeo və Culyetta”, İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”, Peppino de Filipponun “Don Raffael trambonçu” və başqa tamaşalardır.







31 Oktyabr, 2014  14:25 Baxılıb: 865 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner