Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Vətəndaşlar aldadılaraq banka gətirilir” – ŞOK AÇIQLAMA

“Azərbaycanda hər 10 nəfərdən birinin banka borcu var” – Vüqar Bayramov

Bu gün Azərbaycan bankları kreditləri vətəndaşlara olduqca yüksək faizlə verir. Dünyada yüksək faizlə kredit verən banklar arasında Azərbaycan banklarının da adı ön sıralarda çəkilir. Dünya təcrübəsində kreditlər illik 5-10 faizlə verildiyi halda, Azərbaycanda bu göstərici hətta 38 faizə çatır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, rəsmi statistikaya görə vətəndaşların banklara olan borcu 1 milyardddan artıqdır.  Bu o deməkdir ki, vətəndaşların kommersiya banklarına olan borcunun məbləği bank aktivlərindəki miqdarın 4% faizindən çoxdur.

O bildirib ki, beynəlxalq standartlara görə, problemli kreditlər bank aktivlərinin 3 faizindən çoxunu təşkil edirsə bu artıq kritik hədd sayılır: “Mövcud vəziyyət isə Azərbaycanda problemli kreditlərin həcminin beynəlxalq hədlə müqayisədə ürəkaçan olmadığını göstərir”.

Qaytarılmayan kreditlərin səbəblərinə gəlincə isə iqtisadçı alim bildirib ki, bu kommersiya banklarının yüksək faizlər hesablaması ilə bağlıdır: “Banklar vətəndaşlara yüksək fazilərlə kredit təşkil edir. Yəni, bu rəqəm 24%-dən başlayaraq 38%-ə qədər yüksəlir. Bank faizlərinin yüksək olması sonradan vətəndaşın götürdüyü krediti qaytarmaı ilə bağlı müəyyən çətinliklərin yaşanmasına  səbəb olur.

Digər problemlərdən biri isə müqavilədə kredit götürən şəxs üçün  məqbul olmayan şərtlərin nəzərə alınmasıdır. Təəssüf ki, kredit götürən vətəndaşlar əksər hallarda müqavilə şərtlərini oxumurlar. Bu isə onlar üçün müəyyən problemlərin yaranmasına gətirib çıxarır”.

Hazırda ölkədə kommersiya banklarından kredit götürən vətəndaşların sayı 2,5 milyon nəfərə çatdığını deyən V. Bayramov bildirib ki, bu isə Azərbaycanda hər 10 nəfərdən birinin kommersiya bankına borcu olduğu anlamına gəlir: “Bu kifayət qədər böyük rəqəmdir. Borc alan vətəndaşların sayının çox olmasına rəğmən  kredit faizləri yüksək olaraq qalır. Kommersiya banklarının kredit faizlərinə  və şərtlərinə yenidən baxılmasına kredit fazilərinin aşağı salmasına və kredit şərtlərinin yumşaltmasına ehtiyac var”.

V.Bayramov onu da bildirib ki, bu gün banklar vətəndaşlardan 9%-lə kredit təşkil edir: “Lakin, buna baxmayaraq, verilən kreditlərin faiz dərəcəsi 24-25%-dən başlayaraq 38-40% -ə qədər yüksəlir. Kommersiya bankı vətəndaşa aldığı vəsaitdən təxminən 4 dəfə çox fazilə kreditlər təklif edir. Bu isə bir vətəndaşdan ucuz digərindən isə daha bahalı kreditin təklif edilməsi hallarına gətirib çıxarır. Cəlb edilən depozitlər üzrə faiz dərəcələrinin aşağı düşməsi fonunda problemlərin kreditlərinin həcminin artması və bank faizlərinin yüksəlməsi bankların qısa müddətdə daha çox gəlir əldə etmək istəklərindən xəbər verir ki, bu da nəinki uzun müddətli dövr üçün hətta qısa müddətdə bu sektorda ciddi maliyyə problemlərinə səbəb ola bilər. Bütün bunlar nəzərə alınmaqla bankların qısa zamanda daha çox gəlir əldə etməsinin qarşısını alınmasına ehtiyac var. Mərkəzi Bank faiz dərəcələrini  aşağı salmaqla həm problemli kreditlərinin həcminin azaldılmasına, həm də kredit borcu olan vətəndaşların sayının azaldılmasına nail ola bilər.

Yalançı vədlər verən banklara gəlincə isə ekspert deyib ki, bankların təqdim etdikləri aşağı faizlər reallığı əks etdirmir: “Yalançı reklamlar istehlakçılarının hüquqlarının pozulması deməkdir. Vətəndaşlar yalançı reklamlar vasitəsilə aldadılaraq banka gətirilir. Sonradan isə məlum olur ki, vətəndaşa təklif edilən kredit faizi daha yüksəkdir”.

Ekspert bu gün bəzi  bankların kapital şərtlərini yerinə yetirməsi ilə bağlı çətinliklərinin mövcudluğuna da toxunub: “Hazırda ölkədə faəliyyət göstərən 43 bankın təxminən 11-nin  raqabət fəaliyyəti aşağıdır. Artıq Mərkəzi Bank  6 bankın müflis olması haqda rəsmi açıqlama da verib. Yəni, 6 bankın müflis olacağı onlardan 2 bankın isə fəaliyyəti demək olar ki dayanmışdı Bu isə göstərir ki, yaxın vaxtlarda ölkədə fəaliyyət göstərən bankların fəaliyyətində ciddi azalmalar olacaq”.

V.Bayramov kommersiya banklarının yüksək  faizlər hesablamasının  bir neçə səbəblə bağlı olduğunu bildirib: “Əvvəla bank sektorunda ciddi inhisar meyilləri var. Bank sektoruna xarici kapitalın daxil olmasında süni baryerlər mövcuddur. Bütün bunlar bank sektorunda rəqabətin formalaşmasına, kredit faizlərinin düşməsinə imkan vermir. Praktik olaraq, bu gün heç bir xarici bank Azərbaycanın bank sektorundan sərbəst fəaliyyət göstərmir. Bu isə təbii ki, həmin sektorda rəqabətin inkişafına imkan vermir”.

İqtisadçının sözlərinə görə, banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də yerli bankların beynəlxalq kredit reytinqinin yüksək olmaması ilə bağlıdır: “Beynəlxaql kredit reytinqinin yüksək olmaması bankalara birbaşa kredit resurslarına müraciət etmək şəraitini yaratmır. Banklar adətən vasitəçilər tapmaqla kredit resursları əldə etməyə çalışırlar. Bu da fazilərin artımına təsir edir. Belə ki, bu zaman cəlb edilən faizlərinin üzərinə cəlb edilən vəsaitlərin üzərinə əlavə vasitəçi faizi əlavə edilir ki, bu kredit xərcini artırır”.

Aysel Kərimova






31 Oktyabr, 2014  14:00 Baxılıb: 1018 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner